İraq ordusundan bəyanat: “Peşmərgənin ələ keçirdiyi ərazilərdə nəzarət bərpa edilib”

img

18-10-2017 [16:43]


 İraq ordusu ölkənin şimalındakı Kürd Muxtar Əyaləti hökumətinin ələ keçirdiyi ərazilərin hamısı üzərində mərkəzi hakimiyyətin nəzarətini bərpa edib.

"Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, məlumatı İraqın Silahlı Qüvvələri yayıb. 

İnformasiyaya əsasən, Kürd Muxtar Əyaləti 2014-cü ildə terrorçu İŞİD qruplaşmasının bölgədəki fəallığından istifadə edərək Kərkük, Sincar, Mahmur, Celavla və Hanekin kimi bölgələri ələ keçirmişdi. Mərkəzi Bağdad hakimiyyəti həmin ərazilərdən çəkilməsi üçün muxtariyyət rəhbərliyinə 48 saat möhlət vermişdi. Bununla da İraqın şimalındakı yerli hökumət 2005-ci ildə qəbul edilən İraq konstitusiyasındakı sərhədlərə qayıdıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub