“İnterpol”un saxladığı şəxslər Bakıya gətirildi - DİN

img

18-10-2017 [16:28]


Azərbaycanın "İnterpol” vasitəsilə beynəlxalq axtarışa verdiyi iki vətəndaşı Qazaxıstanda saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək İnterpolun Daxili İşlər Nazirliyi Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən Azərbaycan Respublikasının vətəndaşları Səyyaf Tağıyev və Kamilə İbrahimova Qazaxıstanda saxlanılıb.

Bununla əlaqədar Azərbaycan və Qazaxıstanın tərəfdaş çıxdığı Müstəqil Dövlətlər Birliyinin "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22 yanvar 1993-cü il tarixli Minsk Konvensiyasının tələblərinə uyğun olaraq S.Tağıyev və K.İbrahimovanın ölkəmizə ekstradisiyası təmin edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR