Almaniya Iraq Kürd Muxtar Vilayətinə verdiyi hərbi təlim dəstəyini dayandırdı - Səbəb

img

17-10-2017 [15:23]


Almaniya Iraq Kürd Muxtar Vilayətinə verdiyi  hərbi təlim dəstəyini dayandırıb.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı Almaniya Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, belə bir qərarın alınmasına səbəb Kərkük və ətrafında baş verən gərginlikdir: "Hazırda orada olan alman əsgərlərinin həyatına hər hansı bir təhlükə yoxdur. Ancaq hesab edirik ki, belə bir gərginlikdə əsgərlərimizin peşmərgəyə təlim keçməsi məqbul deyil".

Xatırladaq ki, rəsmi Berlin 2014-cü ildə peşmərgəyə təlim keçmək üçün Bərzani ilə razılaşmışdı. 2016-cı ildə isə tərəflər arasında hərbi əməkdaşlıq daha da gücləndirilib. Almaniya peşmərgəyə təlimin və İŞİD-lə mübarizə adı altında Ərbildə hərbi baza da yaratmaq istəyib. 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR