Kiyevdə etiraz aksiyası başladı - Minlərlə insan küçələrdə+Fotolar

img

17-10-2017 [12:12]


Kiyevdə minlərlə insanın iştirakı ilə mitinq başlayıb. 

Mitinqlə əlaqədar olaraq paytaxtda mərkəzi küçələr bağlanıb. Aksiyada Mixail Saakaşvilinin də tərəfdarları iştirak edir.

Ali Rada və Prezident Administrasiyasının ətrafını isə gücləndirilmiş polis dəstələri mühasirəyə alıblar. Şəhərin mərkəzindəki Oktyabr sarayının qarşısında isə Milli Qvardiyanın döyüşçüləri düzülüblər. Jurnalistlərin sözlərinə görə, hətta parad zamanı paytaxtda bu qədər döyüşçü olmayıb.

Paytaxt administrasiyası məlumat yayaraq bildirib ki, mərkəzi küçələrə ictimai nəqliyyat, avtobusların girişi qadağan ediləcək.

Artıq minlərlə insan "Yeni güclərin hərəkatı”, "Batkivşina”, "İctimai mövqe” siyasi partiyalarının bayraqları ilə Ali Rada qarşısına toplanıb.Onlar deputat toxunulmazlığının ləğvini, seçki qanunvericiliyinin dəyişdirilməsini, həmçinin anti-korrupsiya məhkəməsinin yaradılmasını tələb edirlər.

Ümumilikdə ictimai asayişi təmin etmək üçün paytaxta 3500 polis və Milli Qvardiya dəstələri cəlb edilib(qafqazinfo).







Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR