“Ermənilər kürdlərdən güclü deyil" - Politoloq: "Kərkük taktikası Qarabağa tətbiq oluna bilər"

img

17-10-2017 [11:13]


"Ermənilər kürdlərdən güclü deyillər. Əgər İraq ordusu ildırım sürətiylə Kərkükü döyüşsüz ələ keçirdisə və bununla itirilmiş imicini bərpa etdisə, Azərbaycan ordusunun da ən azı Ağdərəni və Sərsəng su anbarının ətrafını işğalçılardan təmizləməsi imkanı və gücü var”.

Mia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Kərkükdə dünən baş verən hadisələrlə Qarabağdakı vəziyyəti müqayisə edərkən bildirib.

Onun sözlərinə görə, işğalçıların arxasında hansısa gücün dayanması məsələsi əslində, mifdir: "Mən inanmıram ki, Ermənistan ordusunda xidmət edənlərin sayı o qədərdir ki, separatçıların işğal altındakı yüzlərlə kilometr prerimetr boyunca müdafiə rerusları olsun. Bunu ona görə yazmıram ki, əlimzdə konkret plan olmadan hücuma keçək. Bunu ona görə yazıram ki, illərdir "Kərkük kürd şəhəridir” deyib tutan peşmərgə gücləri mərkəzi hakimiyyətin ordusu qarşısında geri çəkilmək məcburiyyətində qaldı. Bu ona görə baş verdi ki, əslində kürdlər Kərkükü özününkü saymayıblar, bəlkə də Ərbil uğrunda sonadək savaşarlar, ancaq Kərkük onların deyil. Necə ki, Ağdam, Şuşa, Kəlbəcər və digər işğal altındakı rayonlarımızın ermənilərə dəxli yoxdur. Deyərlər ki, bəs ermənilərin arxasında Rusiya dayanır və torpaqlarımızı azad etməyə imkan vermir və verməyəcək. Amma mən də deyərəm ki, kürdlərin də arxasında ABŞ və İsrail dayanırdı, ancaq bu güclər də Kərkükü "qoruya bilmədilər””.


Digər xəbərlər
SON XƏBƏRLƏR