Proqnozlar Bürosu: "Yağışlı hava şəraiti bu gün axşamadək davam edəcək"

img

17-10-2017 [10:05]


"Yağışlı hava şəraiti bu gün axşamadək davam edəcək”.

Bunu "Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, əvvəlcədən xəbər verildiyi kimi, oktyabr ayının 16-ı gündüz saatlarından başlayaraq 17-i səhərədək ölkə ərazisində hava şəraiti dəyişilib, qeyri-sabit keçib: "Arabir yağış yağıb, bəzən intensiv olub”.

G.Məmmədovanın sözlərinə görə, belə hava şəraiti oktyabrın 17-i axşamadək davam edəcək: "Oktyabrın 18-19-da ölkə ərazisində hava şəraiti gün ərzində nisbətən sabitləşəcək və əsasən yağmursuz keçəcək”.

Mütəxəsssis qeyd edib ki, sabahdan etibarən havanın temperaturu tədricən yüksələcək: "Yəni, temperaturun 2-3 dərəcə qalxma ehtimalı var”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR