Sumqayıtda "Şəhidlik Zirvəsi" qısametrajlı sənədli-bədii filmi təqdim ediləcək

img

17-10-2017 [09:35]


Sumqayıtda "Şəhidlik Zirvəsi" qısametrajlı sənədli-bədii filmi təqdim ediləcək. Bununla bağlı layihənin məsullarından olan Gəray Ələkbərov birlik.az saytına məlumat verib.

Qeyd edək ki, Prezident Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət dəstəyi Şurasının maliyyə dəstəyi ilə ərsəyə gələn və Şəhid Elnur Əliyevin həyatından bəhs edən "Şəhidlik Zirvəsi" qısametrajlı sənədli-bədii filmin təqdimatı Sumqayıt şəhəri Nərimanov adına Mədəniyyət Mərkəzində, 19 oktyabr saat 12.00- da olacaqdır.

Qeyd edək ki, Mayor Elnur Əliyev 2016-cı ilin aprel ayında cəbhə xəttindəxəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olmuşdur.Elnur Əliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevinsərəncamı ilə "Vətənə xidmətə görə" ordeni(III dərəcəli) ilə təltif edilmişdir.

Sosial şəbəkələrdə paylaş:

Digər xəbərlər
SON XƏBƏRLƏR