ABŞ Kərkük ətrafına İraqdakı hərbi birliyini yeritdi - Məqsəd nədir?

img

16-10-2017 [22:03]


ABŞ ordusunun İraqdakı komandirinin rəhbərliyi altında bir qrup hərbçi Kərkük ətrafına yeridilib. 

Hazırda Amerika ordusunun komandiri Kərkükdən Kürd Muxtariyyətinin paytaxtı sayılan Ərbilə gedən mərkəzi yolda mövqe seçərək, İraq qüvvələrinin hərəkətlərini müşahidə edir.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamada qeyd olunur ki, Pentaqon hazırda İraq ordusu ilə kürd peşmərgələrinin açıq və böyük savaşa girməmələrinə çalışır: "Hazırda Iraqdakı Amerika komandirləri həm İraq ordusunu, həm də kürd döyüşçülərini bir-biri ilə döyüşə girməməyə təlqin edir. Məqsədimiz tərəfləri böyük savaşdan çəkindirməkdir".

Pentaqondan bildirilib ki, hazırda orada olmaları tərəflərdən heç biri üçün təhdid anlamına gəlməməlidir:

"ABŞ-ın liderliyi altında olan koalisyon qüvvələrinin Kərkük yollarında olması tərəflərdən heç birinə qarşı təhdid deyil".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR