Ərsun Yanal Trabzonspor"dan qovuldu - "Fırtına"lar Fateh Terimi, yoxsa Prosineçkini seçəcək?

img

16-10-2017 [15:35]


Türkiyə super iqasında dünən evində "Akhisarspor"la qarşılaşan "Trabzonspor"un böyükhesablı məğlubiyyəti baş məşqçi Ərsun Yanalın komandadan qovulmasına səbəb olub.

Mia.az xəbər verir ki, klubdan verilən açıqlamaya görə, 1- 6 hesabı ilə məğlub olan Ərsun Yanalın komandası bununla da bu mövsum gözlənilən oyunu oynamaqda çətinlik çəkir: "O üzdən klub Ərsun Yanalla yollarını ayırmağa qərar verdi".

Qeyd edək ki, "Trabzonspor"un sükanı arxasına keçəcək yeni baş məşqçilər arasında Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki, "Konyaspor"un baş məşqçisi Rəşid Akçay və Fateh Terimin də adı hallanmağa başlayıb. 

Xatırladaq ki, mövsümün əvvəlində çox güclü oyunçular transfer edən Qara dəniz komandası superliqanın son 4 həftəsində qələbəyə həsrət qalıb. "Trabzonspor" ümumiikdə oynadığı 8 maçta 2 qələbə, 3 məğlubiyyət və 3 bərabərlik alaraq 9 xalla 11-ci yerdə qərar tutub.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR