Şriftin ölçüsü / 51 dəfə oxunub

Nəsimidə icra hakimiyyəti ilə FHN rayon müşavirəsi keçirdi

13 Oktyabr 2017 [14:48]
13 oktyabr 2017-ci il tarixdə Nəsimi Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə "Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirildi.

Tədbirdə Nəsimi rayonunda fəaliyyət göstərən özünüidarəetmə orqanlarının nümayəndələri, rayonun təsərrüfat rəhbərləri, rayon təhsil, səhiyyə müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri, eləcə də, FHN Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin nümayəndələri iştirak etdilər.

Müşavirəni giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Qurban Ismayilov Nəsimi rayonunda yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı görülən işlər barədə məlumat verərək, insanlar arasında bu istiqamətdə təbliğat işinin əhəmiyyətindən danışdı.

Bakı Regional Mərkəzinin rəis müavini, polkovnik-leytenant Elnur Qasimov tədbirin keçirilməsinin zəruriliyini bildirərək, fövqəladə hadisələr zamanı insanların təhlükəsizliyinin təmin edilməsinin əsas vacib məsələ olduğunu bildirmişdir. Daha sonra Bakı şəhərində 2016 -21017-ci illərin müvafiq dövründə baş vermiş yanğin hadisələrinin statistikası barədə məlimat verilmişdir.

Çıxış edən natiqlər "Yaşayış massivlərində yanğınların başvermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılması yolları”, "Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları, "Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, "Yaşayış binalarında yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər və mövcud problemlər ” və Yanğın zamanı ilkin tibbi yardım” mövzularında ətraflı məlumat verdilər.

Tədbir zamanı "Məişətdə yanğın təhlükəsizliyi”, "Dəm qazı” və "Odsöndürən balondan istifadə qaydaları” ilə bağlı videoçarxlar nümayiş olundu və suallar cavablandırıldı.




SON XƏBƏRLƏR