ATV-də kadr dəyişikliyi – Yeni təyinat

img

13-10-2017 [12:53]


Xəbər verdiyimiz kimi, ATV-nin prezidenti Vüqar Qaradağlının işdən çıxarılmasından sonra kanalın idarəçiliyi CBC telekanalının baş direktoru Azər Xəlilova tapşırılıb.

Mia.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, Azər Xəlilov dünən ATV kanalının mühafizə xidmətinin rəisi Azər Hacıyevi vəzifəsindən azad edib. Onu növbə rəisi vəzifəsinə təyin edib.

Azər Xəlilovun digər əmri ilə, ATV-də növbə rəisi vəzifəsində çalışan Rüfət adlı şəxs xidmətin rəisi vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, Azər Hacıyev bundan əvvəl Lider TV-nin mühafizə xidmətində çalışıb. Vüqar Qaradağlı ATV rəhbərliyinə gəldikdən sonra, ona kanalda mühafizə xidmətinin rəisi vəzifəsi verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR