Şriftin ölçüsü / 343 dəfə oxunub

"Azərbaycanda dini ayrı-seçkilik, qarşıdurma təbliğ edən saytlar aşkarlanıb" - Komitədən xəbərdarlıq

13 Oktyabr 2017 [11:32]
"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mütəmadi olaraq çap və elektron KİV-in monitorinqini aparır".

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri müavini Gündüz İsmayılov bildirib. 

G.İsmayılov deyib ki, monitorinqin nəticələrindən asılı olaraq təhlil işləri aparılır: 

"Təhlil işlərinin nəticəsində də müvafiq işlər görülür. Müxtəlif monitorinqlər hamanı ölkədə məzhəb, din ayrı-seçkiliyi salan, dini qarşıdurmaya rəvac verə biləcək məlumatların yer aldığı saytlar aşkarlanıb. Bu saytların əksəriyyəti dini qaynaqlı saytdır. Baxmayaraq ki, özlərini xəbər saytı, portalı kimi təqdir edir, əksəriyyəti sırf dini mahiyyət daşıyan, dini qruplar tərəfindən idarə edilən internet resursudur. Həmin saytlarla bağlı müxtəlif vaxtlarda hüquq-mühafizə orqanlarına müraciət etmişik, lazımi tədbirlər görülüb. Bu cür saytların əksəriyyəti, demək olar ki, xarici ölkələrdən idarə olunur. Onların domenlərinə baxanda da bunu görmək mümkündür".

APA


SON XƏBƏRLƏR
23:36 15.12.2017
Ordu, yoxsa qələm?
10:01 15.12.2017
Şəhidimiz dəfn edildi