13-10-2017 [11:27]
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları standartlarının tələbləri ilə əlaqədar sürücülərə müraciət edib.
Mia.az xəbər verir ki, ötən gün edilən xəbərdarlıqda bildirilir ki, bəzi sürücülər daha gözəl göründüyünü düşünərək nömrələrin üzərinə həkk olunmuş defis simvollarını silirlər.
Bu hərəkət qayda pozuntusu hesab edilir və həmin halın aradan qaldırılması üçün sürücülərə 1 ay müddətində vaxt verilib. Əks halda sürücülər inzibati məsuliyyətə cəlb olunacağı qeyd olunub.
Sözügedən xəbərdarlıq sürücülər tərəfindən birmənalı qarşılanmayıb. Bir çox avtomobil sahibi defis işarəsinin elə DYP-dən nömrə alınan zaman 5 manat ödəməklə polis tərəfindən silindiyini bildiriblər. Bu, sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzuya çevirilib.
Əksəriyyət isə belə yazıb: "Xırdalanda məndən 5 manat aldılar ki, xətsiz etsinlər. Çox vaxt o xətti nömrə verən zaman silirlər. Silməməyin qiyməti 5-10 manatdır”.
Bəzi sürücülər isə nömrə nişanlarındakı sözügedən defis işarəsinin silinməsindən hətta xəbərsiz olduqlarını bildiriblər.
Demək olar ki, polisin bu xəbərdarlığına reaksiya verənlərin hamısı bu problemin elə polis tərəfindən yaradıldığını bildiriblər. Qeyd edirlər ki, nömrə alınan zaman rəqəmlərin üzərində olan yapışdırıcı silindiyi kimi defislərin üzərində olan ağ yapışdırıcı da silinməlidir. Lakin nömrəni sürücüyə təqdim edən polis əməkdaşlarının özləri 5 manat müqabilində defisin üzərindəki rəngi silməməyi təklif edirlər.
"Qafqazinfo” məsələylə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyevlə əlaqə saxlayıb.
Polkovnik isə sürücülərin iddialarını təkzib edib və bildirib ki, seriya nömrələri verilən zaman polisin orada hansısa standart normalara toxunması qeyri-mümkündür:
"Nömrələrin konkret standartı var və kimsə orada nəyisə silib verə bilməz. Həmin standarta görə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı çap olunub verilirsə, vətəndaş müdaxilə etdiyi təqdirdə sürücü başa düşməlidir ki, bunun məsuliyyəti onun üzərinə düşür. Əgər standartda defis, çərçivə xətti nəzərdə tutulubsa bu, elə də olmalıdır. Düzdür kim hansı məqsədlə bunu edir bilmirəm, amma yəqin fikirləşirlər radara düşməz və yaxud estetik baxımdan daha yaxşı görünür. Buna görə də biz sürücülərə müraciət etmişik ki, bir ay müddətində həmin nasazlıqları aradan qaldırsınlar. Bunun üçün də istənilən yol polisi şöbəsinə, stasionar postlara yaxınlaşıb ödənişsiz və təxminən 2-3 dəqiqəyə bu nasazlığı aradan qaldıra biləcək. Bütün əməkdaşlarımıza tezquruyan xüsusi boyalar verilib.
Bir ay müddətində vaxt verilib və bu müddət ərzində hər hansı bir cərimə nəzərdə tutulmayıb. Yox əgər verilən müddət ərzində tələblər ödənilməzsə, sürücülər inzibati xətalar məcəlləsinin 342.5-ci maddəyə müvafiq olaraq 50 manat dəyərində cərimələnəcək”.
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib