Rusiya Ermənistana silah almaq üçün 100 milyon dollar ayırdı – Saziş təsdiqləndi

img

13-10-2017 [11:25]


Rusiya Ermənistana müasir silah və hərbi texnika almaq üçün 100 milyon dollarlıq yeni kredit ayıracaq. 

Ermənistan hakimiyyəti oktyabrın 12-də kredit sazişini təsdiq edib.

Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.  Sazişə əsasən, kredit 20 illik veriləcək, bunun 5 ili illik 3% imtiyazlı olacaq.

Ermənistan sazişin ümumi dəyərinin 10%-i ölçüsündə krediti maliyyələşdirməli olacaq. Ermənistan Müdafiə Nazirliyi və "Rosoboroneksport" silahların və hərbi texnikanın tədarükü, habelə onlara xidmət qaydaları, müddəti haqqında ayrıca sazişlər imzalayacaqlar. Ermənistan tərəfi bu kreditdən 2018-2022-ci illərdə istifadə edəcək.

Xatırladaq ki, 2015-ci ildə Ermənistan ümumi məbləği 200 mln. dollar olan Rusiya silahının alınması üçün ixrac krediti alıb. Bu sazişlə Ermənistana "Smerç" raket sistemləri, "İqla-S" daşınan raketlər, "Avtobaza-M" radiotexniki kəşfiyyat kompleksləri, TOS-1A odsaçan sistemlər, tank əleyhinə "Konkurs-M" kompleksinə idarə olunan 9M113M raketləri və s. göndərilmişdi/Turan

Digər xəbərlər
SON XƏBƏRLƏR