Rəsmi Vaşinqtondan Ankaraya barış mesajı gəldi: "Gözləntimiz bir an gərginliyin düşməsidir..."

img

13-10-2017 [10:18]


ABŞ-la Türkiyə arasında viza böhranı deyəsən tədricən yumşalır.

Mia.az xarici mediaya istinadən xəbər verir ki, bu gün ABŞ Dövlət Departamenti gərginliyi azaldacaq anons verib.

Belə ki, Departamentin sözçüsü Hiza Nauert bu gün deyib ki, Türkiyə ilə artan gərginlyin düşməsini gözləyirlər: "Biz həbs edilən konsulluq əməkdaşının vəkilləri ilə görüşdürülməsini gözləyirik. Arzumuz bir an aramızdakı gərginliyin düşməsidir. Türkiyə bizim çöx vacib NATO müttəfiqimizdir".

Xatırladaq ki, Nauert bundan əvvəl Ərdoğanın "agent" deyərək, sərt şəkildə tənqid etdiyi ABŞ-ın Ankaradakı səfirini müdafiə edən açıqlama verməklə yanaşı, Türkiyəyə təhdidvari mesajlar vermişdi.

O, "Ankaradakı səfirimiz Con Bass ölkəmizin ən yaxşı diplomatlarından biridir. Səfir Bassın Türkiyədə vəzifə daşımasından qürur duyuruq. Qadı ki, viza qərarına,  bu qərar Departament və Ağ Evlə koordinasiyalı şəkildə alınıb", - deyərək,  münasibətlərin düzəlməsinin ABŞ-dan deyil, Türkiyədən aslı olduğunu bəyan etmişdi: "Bundan sonrakı vəziyyət Türkiyənin atacağı addımlara bağlıdır".

Sözcü konsulluq əməkdaşının həbsini də  "rahatsızedici" olduğunu qeyd edərək, Türkiyə iqtidarının niyə belə addım atmasının bəzi suallar yaratdığını vurğulayıb: "Həbs edilən konsulluq əməkdaşının indiyədək vəkillə təmin edilməməsi də xəyal qırıqlığı yaradıb".  

Oktaybrın 11-də ABŞ-dan gələn bu vəkil tələbi haqda iddialara dünən Türkiyə rəsmiləri "Saxlanılan şəxs bu günədək nə vəkili, nə də ailəsi iilə görüşmək tələbi irəi sürməyib. O yalnız bu gün vəkili ilə görüşmək istədiyini deyib. O, bazar ertəsi vəkili ilə görüşəcək" - cavabını verib.

Vəkil tələbinə Ərdoğan da dünən reaksiya verib:"Türkiyə hüquqi bir dövlətdir. Heç kimsənin aiəsi ilə görüşmək və vəkil tələbi geri çevrilməyib. Tələb edərsə, görüşəcək".

Ərdoğan dünən eyni zamanda, ABŞ-a çox sərt mesaj göndərərək, bu və ya digər hərəkətlərin strateji müttəfiqliklə bir araya sığmadığını bəyan edib.

Türkiyə lideri rəsmi Vaşinqtona ağır ittihamlar səsləndirməklə yanaşı, oradan silah alınmasını da dayandıra biləcəklərini, hətta strateji müttəfiqliyi də arxa plana keçirə biləcəklərinə açıq işarələr vurub: 

"Bunlar Türkiyəni kar, kor hesab edirlər. Yox, elə bir şey. Türkiyə daha əvvəlki ölkə deyil. ABŞ-la ticarət dövriyyəmiz son illər 15-16 milyarda düşüb. Onlar bizdən çox az şeylər alır. Biz isə onlardan əsas silah alırıq. Daha bunu da almarıq. Türkiyə polisi sabahdan yeri silahlara keçəcək. Tədricən bu problemi də yoluna qoyacağıq.

Bizim üçün əvvəlcə vətən, millətdir, gerisi təfərrüatdır. Yox, tələbələr, iş adamları ABŞ-a gedə bilmir-filanlar, bunlar vətən, millətin yanında heç bir şeydir...".   

Nə isə. Ərdoğanın dünənki sərt açıqlamasından sonra rəsmi Vaşinqtonun bugünkü mesajı münasibətlərin qaydaya düşəcəyinə ciddi inam yaradıb. Departamentin bu gün verdiyi açıqlama məhz o o qənaəti yaradır ki, yaxın günlərdə böhran aradan böyük ölçüdə qalxacaq.

Xatırladaq ki, ABŞ-ın Ankaradakı səfriliyi oktyabrın 8-də Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun həbsi səbəb olub. M. Topuz FETÖ terror təşkilatı ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib. 

Türkiyə də rəsmi Vaşinqtonun qərarına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb və konsulluğun daha bir əməkdaşını da FETÖ şübhəsi ilə həbs etmək istəyib. 

Lakin həmin şəxs konsulluğu tərk etmədiyindən türk polisi buna nail ola bilməyib. Bundan sonra isə tərəflər arasındakı gərginlik daha da artıb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR