Kredit faizləri aşağı düşəcək, ilkin ödəniş azalacaq - Ekspert yeni qaydaların detallarını açıqladı + VİDEO

img

13-10-2017 [00:55]


Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalar ipoteka kreditlərindən istifadəni asanlaşdıracaq. Söhbət dövlət banklarının daxili ipotekasından gedir.

Dövlət bankları daxili ipoteka kreditlərini yeni qaydalarla verəcəklər. Nazirlər Kabineti, "Nəzarət zərfi dövlətə məxsus banklar tərəfindən öz vəsaitləri hesabina ipoteka kreditlərinin verilməsi Qaydası"nı təsdiq edib.

Yeni qaydalar adi və sosial ipoteka kreditlərinə deyil, bankların özləri tərəfindən verilən daxili ipoteka kreditlərinə şamil edilir. Qaydalar bir sıra vacib məsələləri özüdə ehtiva edir. İlk növbədə kredit faizləri aşağı salınacaq.

İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, dövlət banklarında ipoteka kreditinə ayrılan vəsait artırılacaq. Bu da daha çox vətəndaşa kredit əldə etmək imkanı verəcək. Hazırda ipoteka kreditləri müəyyən limit çərçivəsində təqdim edilir.

Bundan əlavə, kredit götürərkən ilkin ödəniş məbləği azaldılacaq. Görünən odur ki, sözügedən qərar vətəndaşların ipoteka əldə etmək imkanlarını yaxşılaşdıracaq. Qaydaların tam təfərrüatları yaxın müddətdə məlum olacaq.



Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR