Şriftin ölçüsü / 131 dəfə oxunub

Qızına baltalayan ata saxlanıldı – Polis əməliyyatı

12 Oktyabr 2017 [20:53]
Şəmkir rayonunda qızına balta ilə xəsarət yetirərək hadisə yerindən qaçan ata tutulub.

O, bu gün Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat - axtarış tədbirləri nəticəsində saxlanılıb.

Qeyd edək ki, oktyabrın 9-da rayonun Çaparlı kənd sakini, 1994-cü il təvəllüdlü Əhmədova Nuranə İsmayıl qızı atası tərəfindən balta ilə ağır xəsarət alıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır/Report.


SON XƏBƏRLƏR