Şriftin ölçüsü / 234 dəfə oxunub

“26” kafesinin icarədarları azadlıqda - Obyekt tam boşaldıldı

12 Oktyabr 2017 [20:25]
Xəbər verdiyimiz kimi, sentyabrın 8-də Bakının Səbail rayonu ərazisində, "Sahil bağı” (keçmiş "26 Bakı Komissarı" bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən "26” - "Twenty six” adlı kafe Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun iştirakı ilə bağlanıb. 

Səbail rayon Məhkəməsinin qərarı ilə kafenin icarədarı sentyabrın 14-də Ramin Məmmədov 20, kafenin digər işçisi Həmid Əfəndiyev isə 25 sutka inzibati qaydada həbs ediliblər.

Mia.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından unikal.org-a verilən məlumata görə, Ramin Məmmədov və Həmid Əfəndiyev hər iki şəxs həbsdən azad olunublar.

Hazırda hər iki şəxs azadlıqda olmasına baxmayaraq, sözügedən hadisə ilə bağlı istintaq işi yekunlaşanadək ölkədən çıxışına qadağa qoyulub.

Azərbaycan Yazıçılar Birliyinin İctimiayyətlə Əlaqələr Şöbəsinin rəhbəri Xəyal Rza Unikal.org-a açıqlamasında bildirib ki, sözügedən ərazi icarədarlar tərəfindən tam boşaldılıb:

"Hazırda məlum hadisə ilə bağlı araşdırma getdiyi üçün oranın necə fəaliyyət göstərəcəyi ilə bağlı tam qərar qəbul edilməyib. Amma özümüz düşünürük ki, mümkün olarsa, AYB tərkibində sözügedən ərazi bir neçə sahədə fəaliyyət göstərə bilər. Amma bütün hallarda bundan sonra ora icarəyə verilməyəcək”.




SON XƏBƏRLƏR