Şriftin ölçüsü / 89 dəfə oxunub

"Azərbaycana hərbi əməkdaşlığımızı dərinləşdirə biləcəyimizi nəzərdən keçirmək üçün gəlmişəm" - Pentaqon rəsmisi

12 Oktyabr 2017 [18:49]
"ABŞ Azərbaycanı terrorla mübarizədə mühüm tərəfdaş hesab edir".

Bunu ABŞ müdafiə nazirinin köməkçisinin müavini vəzifəsini icra edən Laura Kuper bildirib.

"Azərbaycana hərbi əməkdaşlığımızı necə dərinləşdirə biləcəyimizi nəzərdən keçirmək üçün gəlmişəm. Azərbaycanı terrorla mübarizədə mühüm tərəfdaş hesab edirik", – L.Kuper vurğulayıb.

O, Azərbaycanın Əfqanıstanda sülhməramlı missiya çərçivəsindəki fəaliyyətini yüksək qiymətləndirib: "94 Azərbaycan əsgəri Əfqanıstandadır və digər ölkələrlə çiyin-çiyinə Əfqanıstanda sülh və sabitliyin bərqərar olması üçün çalışırlar".

Azərbaycana səfərinin məqsədləri barədə danışan L.Kuper Qafqaz və Cənubi Asiya regionuna yeni yanaşma məsələsinin Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Prezident Administrasiyası, Dövlət Sərhəd Xidmətində aparılan danışıqlarda əsas mövzulardan biri olduğunu qeyd edib.

"Strateji tərəfdaşla strateji məsələləri müzakirə etmək vacib idi", – o, bildirib/Report.


SON XƏBƏRLƏR