Polis rəisinin müavini qadından 5500 dollar pul istəyir - Şantaj iddiası ilə bağlı məhkəmə prosesi

img

12-10-2017 [16:49]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Vəfa Dadaşovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs, İsmayıllı rayon Polis Şöbəsinin rəis müavini Pərviz İsmayılov mülki iddia ilə bağlı sənədi məhkəməyə təqdim edib.
 
P. İsmayılov məhkəmədən ona 5500 ABŞ dolları məbləğində zərərin ödənilməsini istəyib, bununla bağlı mülki iddia qaldırıb.
 
Sonra V. Dadaşovanın yeni vəkili Elxan Xudaverdiyev iş materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.
 
Buna görə proses oktyabrın 19-dək təxirə salınıb. 
 
Qeyd edək ki, V.Dadaşova ibtidai sinfə qədər uşaqlara hazırlıq keçib. O, İsmayıllı rayon Polis Şöbəsinin rəis müavini Pərviz İsmayılov barəsində internetə məlumat yerləşdirməklə onu şantaj etməkdə ittiham edilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR