Rusiya XİN-dən Ərdoğana cavab gəldi: "Krım Rusiyaya məxsusdur”

img

12-10-2017 [15:00]


"Krımla bağlı kiminsə açıqlaması həqiqəti dəyişdirməyəcək".

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Krımı Rusiyanın parçası olaraq görmürük” sözləri haqda deyib.

"Kimliyindən asılı olmayaraq, bu həqiqət həmişə belə qalacaq. Krım Rusiyaya məxsusdur”, - Zaxarova bildirib.

Qeyd edək ki, Ərdoğan Ukraynaya səfəri zamanı Krımın Rusiyaya "məxsusluğunu” heç vaxt qəbul etməyəcəyini bildirib/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR