Şriftin ölçüsü / 154 dəfə oxunub

Azyaşlılar üçün cəza növləri artırılır

12 Oktyabr 2017 [08:49]

Azərbaycanda yetkinlik yaşına çatmayanlara təyin edilən cəza növləri artırılır.

Mia.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə yeni bəndin əlavə olunması təklif edilir.

Təklifə əsasən, yetkinlik yaşına çatmayanlara təyin edilən cəza növlərinə "azadlığın məhdudlaşdırılması” cəza növü də əlavə edilir. Yetkinlik yaşına çatmayanların iki aydan iki ilədək müddətdə azadlığı məhdudlaşdırıla bilər.

Qeyd edək ki, hazırda Cinayət Məcəlləsində yetkinlik yaşına çatmayanlara "azadlığın məhdudlaşdırılması" cəza növü nəzərdə tutulmur.

Dəyişikliklərin Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılması planlaşdırılır.




SON XƏBƏRLƏR
23:36 15.12.2017
Ordu, yoxsa qələm?
10:01 15.12.2017
Şəhidimiz dəfn edildi