ABŞ-da diplomatik obyektlərin üzərindən Rusiya bayraqları çıxarılıb

img

12-10-2017 [01:24]


ABŞ-ın San-Fransisko şəhərində bağlanan diplomatik obyektlərin üzərindən Rusiyanın bayraqları çıxarılıb.

Bu barədə Rusiyanın ABŞ-dakı səfirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, ABŞ tərəfinə San-Fransiskodakı diplomatik əmlakın üzərindən Rusiya bayraqlarının çıxarılması ilə əlaqədar qətiyyətli etiraz göndərilib.

Qeyd edək ki, ötən ayın əvvəli Rusiyanın San-Fransiskodakı Baş Konsulluğu, Vaşınqtondakı Ticarət Nümayəndəliyi, eləcə də Nyu-Yorkdakı Ticarət Nümayəndəliyinin binaları Dövlət Departamentinin tələbi ilə ABŞ tərəfinə verilib. Dövlət Departamenti sentyabrın 2-dək San-Fransiskoda Baş Konsulluğu, Nyu-Yorkdakı Ticarət Nümayəndəliyi və daha 2 kirayə obyektin bağlanılmasını tələb edib. Buna səbəb Rusiyanın öz ərazisindəki ABŞ-ın diplomatik missiyalarının əməkdaşlarının sayının azaldılması ilə bağlı təklifi göstərilib. Rusiya bunu qeyri-dost addım kimi qiymətləndirib.



Digər xəbərlər
SON XƏBƏRLƏR