Şriftin ölçüsü / 418 dəfə oxunub

Baş nazirdən ABŞ-a barış çağırışı: "Ölkəmizə yaraşanı etdik, onlar nə etdisə, qarşılığını verdik"

11 Oktyabr 2017 [17:42]

"Son günlərdə Amerika ilə yaşadığımız viza krizi gündəmin əsas mövzularındadır. Amerika təhlükəsizlik problemini önə sürərək viza verilməsinə qadağa qoyub. Biz də ölkəmizə yaraşanı etdik, onlar nə etdisə, eyniylə qarşılığını verdik".

Mia.az Haberturk-ə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım ABŞ-la yaşanan gərginliyinə münasibət bildirirəkən deyib.

Baş nazir deyib ki, münasibətlərin tezliklə normal vəziyyətə dönməsini arzulayırlar: "Türkiyə olaraq, biz bu yöndə sağlam düşüncə ilə hərəkət edəcəyik".

Mia.az



SON XƏBƏRLƏR