"Azercell" abunəçilərinin nəzərinə: "Ən yaxın saatlarda səs xidmətləri də bərpa ediləcək"

img

11-10-2017 [15:55]


"Hazırda "Azercell" abunəçiləri tərəfindən Bakı şəhəri ərazisində 3G şəbəkəsinin səsli zəng xidmətlərində bəzi çətinliklər yaşanır. Bununla bağlı tövsiyə edirik ki, səsli zəng xidmətlərindən istifadə edərkən abunəçilərimiz 2G şəbəkəsinə keçsinlər".

Mia.az xəbər verir ki, bu sözlər "Azercell"in yaydığı açıqlamada qeyd olunub.

Bildirilib ki, 3G və 4G şəbəkəsində mobil internet xidmətləru tam gücü ilə olduğu kimi fəaliyyət göstərir:

"Ən yaxın saatlarda səs xidmətləri də bərpa ediləcək. Müvəqqəti narahatlığa görə üzr istəyirik".

Digər xəbərlər
SON XƏBƏRLƏR