"Bir sıra qərarları təsdiq edəcəyik" - Putindən dövlət başçıları ilə görüşdə yeni mesaj

img

11-10-2017 [15:47]


"Bu gün keçirilən sammitin gündəliyi olduqca zəngindir. Biz gələcəkdə MDB çərçivəsində əməkdaşlığın möhkəmlənməsini qeyd edəcəyik. Təşkilatın və onun strukturlarının effektivliyini artırılması barədə fikir mübadiləsi aparacağıq".
 
APA-nın Soçiyə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bunu MDB dövlət başçılarının məhdud tərkibdə keçirilən görüşündə Rusiya prezidenti Vladimir Putin bildirib. 
 
O, sammitdə iqtisadi mövzuya xüsusi diqqət ayıracaqlarını vurğulayıb: "Ticarət və investisiya əlaqələrinin dərinləşməsi, eləcə də məhsul və xidmətlərin hərəkətində mövcud maneələrin aradan qaldırılmasına istiqamətlənən addımları müzakirə edəcəyik. Bizim yeni, böyük və qarşılıqlı sərfəli işgüzar layihələri həyata keçirmək imkanımız var. Sammit çərçivəsində humanitar sahədə bir sıra qərarları təsdiq edəcəyik. Əminəm ki, bu qərarların həyata keçirilməsi ölkələrimiz və xalqlarımız arasında əlaqələri möhkəmləndirməyə yardım edəcək", - deyə Rusiya prezidenti qeyd edib. 
 
Sonra çıxış edən MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev sammitin proqramını açıqlayıb. 
 
Məhdud çərçivədə keçirilən görüşdən sonra MDB liderləri nümayəndə heyətləri ilə birlikdə görüşəcəklər.  

Digər xəbərlər
SON XƏBƏRLƏR