Şriftin ölçüsü / 171 dəfə oxunub

Bakıda Sərnişin daha bir marşrut sürücüsünə hücum etdi - Video

11 Oktyabr 2017 [12:03]

Bakıda daha bir marşrut avtobusunun sürücüsünə hücum edilib.

Hadisə oktyabrın 10-u saat 19:20 radələrində "28 May” küçəsində baş verib. 61 saylı xətt üzrə hərəkət edən 10 TH 326 nömrəli avtobusda insident yaşanıb.

Tıxaca görə əsəblərini cilovlaya bilməyən sərnişinlərdən biri sürücüyə hücum edib. O, Bakı Kart sisteminə bağlı 2 ədəd cihazı sındırıb, daha sonra avtobusun sükanına müdaxilə edərək qəza şəraiti yaradıb. Bu zaman salonda olan sərnişinlərdən biri yıxılaraq xəsarət alıb. Hadisəni törədən sərnişin isə arxa qapıdan düşərək qaçıb.

Hadisə nəticəsində istismarçı şirkətə külli miqdarda ziyan dəyib. İnsidentlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.

qafqazinfo



SON XƏBƏRLƏR