Rəsmi Vaşinqtondan Ərdoğana çox açıq mesaj: "Qərarı biz verdik, səfirimizlə qürür duyuruq, bundan sonra..." - Gərginlik artır

img

11-10-2017 [09:17]


ABŞ-la Türkiyə arasında viza böhranı hər keçən gün dərinləşir.

Mia.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti iki günlük səssizlikdən sonra bu gün gərginliyə münasibət bildirib.

Departamentin sözçüsü Hiza Nauert gərginliklə bağlı keçirdiyi mətbuat konfransında Türkiyəyə və Ərdoğana çox açıq mesajlar verib.

Nauert dünən Serbiya prezidenti ilə birgə mətbuat konfransında Ərdoğanın "Biz ABŞ-ın Ankaradakı səfirinin qəbul etmirik, onu təmsilçisi kimi görmürük. Bir an geri çağırılmalıdır", - deyə, Vaşinqtona ünvanlanmış çağırışına isə dolayısı ilə rədd cavabı verib:

"Ankaradakı səfirimiz Con Bass ölkəmizin ən yaxşı diplomatlarından biridir. Səfir Bassın Türkiyədə vəzifə daşımasından qürur duyuruq".

Departamentin sözçüsü deyib ki, Türkiyəyə qarşı viza qərarı səfir tərəfindən özbaşına verilməyib:

"Bu qərar Departament və Ağ Evlə koordinasiyalı şəkildə alınıb".

Sözcü konsulluq əməkdaşının həbsini "rahatsızedici" olduğunu qeyd edərək, Türkiyə iqtidarının niyə belə addım atmasının bəzi suallar yaratdığını vurğulayıb:

"Həbs edilən konsulluq əməkdaşının indiyədək vəkillə təmin edilməməsi də xəyal qırıqığı yaradıb".  

Sonda isə o, münasibətlərin düzəlməsinin ABŞ-dan deyil, Türkiyədən aslı olduğunu bəyan edib: 

"Bundan sonrakı vəziyyət Türkiyənin atacağı addımlara bağlıdır".

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Serbiyada viza böhranı ilə bağlı Amerikanı günahlandırıb:

 "Əvvəlcə deyim ki, bu krizi biz başlatmadıq. Bu problemin günahkarı ABŞ-ın özüdür. Baxın, ABŞ-ın yüskək çini məmurları bizim Xarici işlər naziri ilə görüşmür, belə görüşmələrə artıq yadırğamışıq. ABŞ-ın Ankaradaki bir səfirinin belə bir qərar alması və daha sonra "bunu dövlətim adına aldım" deməsi düşündürücüdür. 

Vəziyyət belədirsə, ABŞ-dakı üst qurumlarla danışacaq bir şeyimiz yoxdur. Yox, əgər vəziyyət əksinədirsə, bu qərar səfir tərəfindən özbaşına alınıbsa, onda həmin səfir bir dəqiqə belə saxlanılmamalıdır".

Ərdoğan daha sonra deyib ki, əgər Türkiyənin səfiri belə bir iş görsə, onu bir dəqiqə vəzifədə saxlamaz: 

"Sən necə Türkiyə - ABŞ münasibətlərini pozarsan? ABŞ konsulluğundakı bir türk vətəndaşının FETÖ ilə bağlantısı aşkarlanıb və tutulub. Ardından isə daha bir FETÖ əlaqəlisinin orada olduğu üzə çıxdı. Görünür, bu konsulluqda nələrsə dönür. Bu agentlər ABŞ-ın konsulluğuna necə sızıb və ya kim onları ora soxub?".

Ərdoğanın sözlərinə görə, heç bir dövlət bu cür agentlərə icazə və imkan verməz:

"Yenə deyirəm, Türkiyə bir qəbilə dövləti deyil. Əsrlərə söykənən bir dövlət ənənəmiz var. Bu səfir (ABŞ-ın Ankaradakı səfirini nəzərdə tutur- red.) vida ziyarətlərinə başlayıb. Nazirlərimiz və mən o səfiri qəbul etmirik, onu Amerikanın təmsilcisi olaraq görmürük".

Xatırladaq ki, ABŞ-ın Ankaradakı səfriliyi bir neçə gün əvvəl Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun həbsi səbəb olub. M. Topuz FETÖ terror təşkilatı ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib. 

Türkiyə də rəsmi Vaşinqtonun qərarına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb və konsulluğun daha bir əməkdaşını da FETÖ şübhəsi ilə həbs etmək istəyib.

Lakin həmin şəxs dünəndən konsulluğu tərk etmədiyindən türk polisi buna nail ola bilməyib. Həmin şəxsin həyat yoldaşı və övadının isə ifadələri alınıb.

Bu gün Türkiyə mətbuatı yazıb ki, türk polisi ikinci şübhəlini saxlamaq üçün konsulluq binasını ciddi nəzarətə götürüb: "Polis şübhəlinin qaça biləcəyinə qarşı hər cür tədbir alıb".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR