İraq və Türkiyə Bərzanini “ürəyi"ndən vurur, Mosul - Süleymaniyə - Ceyhan neft xətti işə salınır

img

10-10-2017 [20:32]


Türkiyə Baş naziri Binəli Yıldırım oktyabrın 15-də İraqa səfər edəcək.

Mia.az Türkiyə mediası xəbər verir ki, səfər çərçivəsində Binəli Yıldırımla iraqlı həmkarı Heydər əl Abadi Şimali İraq Kürd Muxtariyyətinin keçirdiyi referendumu müzakirə edəcək, eyni zamanda, bir çox məsələlərlə bağlı ortaq qərarların detallarını razılaşdıracaqlar.

Məlumata görə, müzakirələrin əsas mövzularından biri də Ərbildən keçən neft xəttinin alternativinin bərpası olacaq:

"Yada salaq ki, 2014-cü ildə Mosul - Süleymaniyə – Ceyhan neft xətti İŞİD təhdidi səbəbindən bağlanmışdı. Bu gün İraqın Neft Nazirliyi Ərbildən keçən yeni xəttinin qapadılaraq, həmin köhnə xəttin, yəni Mosul-Süleymaniyə – Ceyhan neft xəttinin bərpa edilməsinə göstəriş verib. 

Çox böyük ehtimalla Binəli Yıldırımın səfərində Ərbilin daha çox güvəndiyi neft xəttinin tamamilə qapadılması və Mosul-Süleymaniyə – Ceyhan neft xəttinin daha tez işə salınması gündəmdə olacaq. Əgər Ərbildən keçən neft xətti bağlanarsa, bu o deməkdir ki, Bərzani "ürəyindən vuruacaq"".

Türkiyə mətbuatı onu da bildirir ki, səfərdə hər iki ölkənin baş naziri İŞİD, PKK/YPG və digər terror qruplaşmalarına qarşı ortaq mübarizə ilə yanaşı, Başikadakı türk əsgərlərinin varlığı ilə də bağlı müzakirələr aparacaq.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR