Kredit borcu, xəstə övladı... - Polisin intihar səbəbi (YENİLƏNİB)

img

10-10-2017 [11:31]


Şəkidə polis əməkdaşı intihar edib.
 
Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, oktyabrın 9-u axşam saatlarında rayonun Turan qəsəbə sakini, 1978-ci il təvəllüdlü Həsrət Fəxrəddin oğlu Əliyevin meyiti yaşadığı ünvanda asılmış vəziyyətdə yaxınları tərəfindən aşkarlanıb. 

Dörd uşaq atası olan polis çavuşu Həsrət Əliyev DİN-nin Şəki Şəhər-Rayon Polis Şöbəsinin Sarıca Polis Bölməsində işləyib.
 
Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

*** 

Şəkidə intihar edən polis əməkdaşı ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Mia.az Lent.az-a istinadən xəbər verir ki, dünən axşam saatlarında rayonun Turan qəsəbəsində özünü asaraq həyatına son qoyan polis serjantı, 1978-ci il təvəllüdlü Əliyev Həsrət Fəxrəddin oğlunun 4 övladından biri ağır xəstədir. Bildirilir ki, beyin iflicindən əziyyət çəkən uşağın vəziyyəti atasında böyük gərginlik yaradırmış.
Bundan başqa onun banka kredit borcunun olması da üzə çıxıb.
H.Əliyevin konkret hansı səbəbdən intihar etməsi isə hələlik tam aydınlaşmayıb və faktla bağlı Şəki rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR