YUNESKO-nun baş direktoru postuna seçki keçirildi – Namizədlərdən heç biri ilk turda qələbə qazana bilmədi

img

09-10-2017 [23:14]


Parisdə baş tutan YUNESKO-nun baş direktoru postuna seçkilərin ilk turu nəticə verməyib.

Namizədlərdən heç biri qələbə qazanmaq üçün kifayət qədər səs toplamayıb.

YUNESKO-nun yeni baş direktoru postuna 7 ölkənin nümayəndəsi, o cümlədən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun namizədliyi irəli sürülüb.

Səsvermənin növbəti mərhələsi sabah baş tutacaq. YUNESKO-nun yeni rəhbərinin adı oktyabrın 13-dək məlum olacaq/APA. 

Digər xəbərlər
SON XƏBƏRLƏR