Bərzani taxtdan salınır: bölgənin məmurlarına cinayət açıldı, bank hesablarına isə həbs qoyuldu... - İraqdan sərt qərarlar

img

09-10-2017 [16:37]


İraq Milli Təhlükəsizik Şurası bu gün baş nazir Heydər Əl-İbadinin sədrliyi ilə Iraq Kürd Muxtar Vilayətinə qarşı sərt qərarlar qəbu edib.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, şura toplantısında qəbu edilən qərarlarla bağlı verilən  açıqlamada kürd liderlər haqqında cinayət işi açıldığı bəyan olunub:

"Muxtar Vilayətdə qanunsuz referendum gerçəkləşdirən hər bir məmur da müəyyən edilərək, onlarla bağlı hüquqi araşdırma aparılacaq. Topantıda Muxtar Vilayət, o cümlədən Bərzaninin ələ keçirdiyi mübahisəli şəhərlərdə də (Kərkük də daxil olmaqla) dövlət idarəçiliyinin mərkəzi hökumətə keçməsi üçün gərəkli addımların atılması qərara alınıb. 

Bundan başqa, Kürd Muxtar Vilayətinin neft gəlirlərinin saxlandığı bütün bank hesablarına həbs qoyulması da yekdilliklə qəbul edilib. Bunlarla yanaşı, vilayət rəhbərlərinin korrupsiya fəaliyyətinin də aydın araşdırılacağı vurğulanıb".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub