Qaradərili futbolçular diz çökdü, ABŞ-ın vitse-prezidenti qəzəblənib, oyunu yarımçıq tərk etdi – FOTO

img

09-10-2017 [11:31]


ABŞ vitse-prezidenti vətəni İndianada keçirilən futbol oyununu yarımçıq tərk edib.

Mayk Pens bu addımı bəzi oyunçuların milli himnin oxunması zamanı zamanı diz çökmələrinə etiraz əlaməti olaraq atıb.

İndianının sabiq qurbernatoru daha sonra Tvitter hesabında atdığı addımı belə izah edib: "Mən və prezident Tramp əsgərlərimiz, bayrağımız və milli himnimizə hörmətsizlik göstərilən tədbirləri təqdir edə bilmərik”.

Tramp Tvitterdə vitse-prezidentin qərarının kortəbii olmadığını yazaraq, ona dəstək verib: "Pensdən ölkəmizə hörmətsizlik olan dizçökməyə yol verildiyi halda, stadionu tərk etməsini istəmişdim”.

Əksəriyyəti Afrika mənşəli amerikalılar olan oyunçular isə irqi ayrı-seçkiliyə və sosial bərabərsizliyə bu yolla etirazlarını bildirdiklərini deyir.

Son həftələr adi hal alan dizçökmələr bir neçə silahsız qaradərilinin polis tərəfindən öldürülməsinə etiraz mahiyyəti daşıyır ("Amerikanın səsi").


Digər xəbərlər
SON XƏBƏRLƏR