Şriftin ölçüsü / 973 dəfə oxunub

Rəsmi Ankara ABŞ-ın qarşısından çəkilmədi - ABŞ vətəndaşlarına viza verilməsi qadağan edildi

09 Oktyabr 2017 [08:46]

Rəsmi Ankaranın ABŞ-ın türk vətəndaşlarına viza verilməsinin dayandırılmasına cavabı çox gecikməyib.

Mia.az xəbər verir ki, Türkiyənin Vaşinqtondakı səfirliyi də ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb.

Maraqlıdır ki, ABŞ hansı səbəblə viza verilməsini dayandırdığını elan edibsə, Ankara da eyni səbəbi bəyanatında göstərib.

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ-ın İstanbuldakı baş konsulluğunun əməkdaşı Metin Topuz FETÖ ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib. Bu isə tərəflər arasında gərginliyi artırıb.

Yeri gəlmişkən, ABŞ-ın "viza dayandırmaq" bəyanatını da təqdim edirik:


Mia.az



SON XƏBƏRLƏR
23:36 15.12.2017
Ordu, yoxsa qələm?
10:01 15.12.2017
Şəhidimiz dəfn edildi