08-10-2017 [21:26]
Cihad adı altında Suriya torpaqlarına üz tutan "mücahidlər”in əksəriyyəti bir-birlərini yaxından tanıyıblar.
MİA.AZ Virtualaz.org-a istinadən xəbər verir ki, Yaxın Şərqdə cərayan edən qanlı hadisələr, 2012-ci ildən üzü bəri xilafət yaratmaq istəyən qüvvələr barədə mətbuatdan oxuyub, internetdə yayımlanan videoları izləyib, öz aralarında dini mövzularla bağlı söhbətlər aparıblar. Hər bir müsəlmanın cihadda iştirakının vacib olduğunu düşünən gənclər beləcə bir-birinin ardınca Suriyaya yollanıblar.
Kimi "Cəbhət-ən-Nusra”ya, kimi "Azəri camaatı” na, kimisi isə "Ömər Şişani”nin ("Çeçen” ləqəbi ilə tanınan, milliyyətcə gürcü olan, Suriyaya gəldikdən sonra Ömər Şişani adını alan Tarxan Batiraşvili nəzərdə tutulur. Ömər Şişani İŞİD-in Suriyadakı komandiri kimi tanınıb. O, ötən ilin 10 iyul tarixində ABŞ-ın Suriyanın Əş Səddadi şəhəri yaxınlığına endirdiyi hava zərbəsi nəticəsində öldürülüb – vitualaz.org) rəhbərlik etdiyi "Muhacirun” qruplaşmasına qoşulublar.
"Mücahidlər”in ailələrinə əqidə yoldaşları arasında nüfuzlu dindar kimi tanınan yaşı 40-ı haqlamış Süleyman (şəxsiyyəti istintaqa məlum deyil - red.) adlı şəxs maddi köməklik göstərib. Cihada getmək istəyənlər üçün isə "Abdul Rəşid”in evi bir növ məntəqə rolunu oynayıb…
Həmin "məntəqə”dən Suriya yollanan, "Ömər Şişani”nin başçılıq etdiyi "Muhacirun” qruplaşmasına qoşulanlardan biri də Qəhrəmanov olub. Artmada baş verənləri görüncə isə dərin stress keçirən Qəhrəmanov fikrindən daşınıb və Azərbaycana dönməyi qərara alıb.
Bakı Ağır Cinayət Məhkəməsində İŞİD-ə qoşulmaqda ittiham olunan Afiq Qəhrəmanov və Rəşadət Qasımovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Virtualaz.org saytının məlumatına görə, prosesə hakim Rahib Salmanov sədrlik edib.
Qaraçuxurdan Suriyaya uzanan yol
İstintaqla müəyyən edilib ki, Afiq Süleymanov Suriya ərazisində Azərbaycandan olan tanışları ilə birlikdə "Cəbhət-ən-Nusra”adlı cinayətkar birliyin tərkibinə daxil olub. Həmin birliyin üzvləri – Rəşadət Qasımov və şəxsiyyəti istintaqa "Süleyman” kimi məlum olan şəxsin maddi dəstəyi əsasında 2013-cü ilin mart ayında Ömər Şişaninin rəhbərlik etdiyi "Muhacirun” adlı silahlı birləşmənin tərkibində iştirak edib.
Belə ki, 2013-cü ilin fevral ayının sonlarında tanışı,"Cəbhət-ən-Nusra”nın üzvü R.Qasımova müraciət edərək ondan Suriyaya getmək üçün maddi yardım istəyib. R.Qasımov bu barədə təşkilatın digər üzvü olan Süleyman adlı şəxsə məlumat verib. Hər ikisi ümumilikdə A.Qəhrəmanova 350 manat verib. A.Qəhrəmanov pulu aldıqdan sonra 2013-cü ilin martın 2-də avtobusla İstanbul şəhərinə yola düşüb. Öncə Reyhani qəsəbəsində Vüsal adlı şəxsin köməkliyi ilə sərhədi qanunsuz olaraq keçib və Artma şəhərinə gedərək Ramal Əbilovun köməkliyi ilə "Muhacirun” silahlı birləşməsinə qoşulub. 20 gündən sonra isə geriyə - Azərbaycana qayıdıb.
İstintaq zamanı həmçinin məlum olub ki, R.Qasımov mütəmadi olaraq silahlı mqnaqişələrdə iştirak edən Ramal Əbilov, Fuad Xəlilzadə və Süleyman adlı şəxslərlə "Skype” vasitəsilə əlaqə saxlayıb.
Təqsirləndirilən şəxs qismində dindirilən Afiq Qəhrəmanov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, 2011-ci ildən etibarən İslam dininin əhli-sünnə təriqətinin sələfi məzhəbinin qaydalarına uyğun ibadət etməyə başladığını, "Qaraçuxur” məscidinə gedərək mütəmadi olaraq orada namaz qıldığını, Vüsal adlı şəxslə də məsciddə tanış olduğunu, aralarında dostluq münasibətləri yaranıb. 2013-cü ildə Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak etmək qərarına gəliblər:”Vüsal zəng vurub Türkiyədə olduğunu dedi. Ona dedim ki, məni gözlə, yol pulu tapan kimi gələcəyım. Vüsal da məni gözləyəcəyinə söz verdi”.
"Ailə üzvlərimə heç nə deməyib yola düşdüm”
A.Qəhrəmanovun dini ləqəbi "Abdulrəşid” olan Rəşadət Qasımovla tanışlığı da "Qaraçuxur” məscidindən başlayıb. Suriyaya getmək üçün yol pulu olmadığını deyən A.Qəhrəmanov "Abdulrəşid” dən maddi köməklik istəyib. Həmçinin, cihada qoşulmaq, Bəşər Əsədə qarşı döyüşlərdə iştirak etmək istədiyini deyib. "Abdulrəşid” ona yol pulu tapacağını bildirib. İki gün sonra "Abdulrəşid” onu evinə dəvət edib, ona cihada getmək üçün köməklik göstərəcək şəxsin və digər sələfi qardaşlarının da gələcəyini deyib, evinə dəvət edib:
"Rəşadətin evinə getdim. Orada onun ailəsindən başqa evdə Süleyman, Nazim, Şahin, Osman, Səbuhi adlı şəxslər də vardı. Evdə Süleyman və Rəşadətlə danışdıq. Süleyman cihada qoşulmağımı dəstəklədi və 350 manat pul verdi. Bilet alıb yola düşəcəyimi dedim. Səhəri gün Süleymanın verdiyi pulun 60 manatına bilet aldım. Ailə üzvlərinə heç nə demədən Türkiyəyə yola düşdüm”.
"Artma şəhərində "Ömər Şişani”nin dəstəsinə qoşulduq”
A.Qəhrəmanov ifadəsində yola düşməzdən öncə halallıq almaq üçün "Abdulrəşid”in evinə gəldiyini, cihada getmək üçün hazır olduğunu deyib və onlarla sağollaşıb:
"Türkiyədə Vüsalla görüşdük. Dörd gün İstanbulda oteldə qaldıq. Sonra Suriya sərhədindəki Reyhanlı yaşayış məntəqəsinə getdik və orada qaçaqçı vasitəsilə Suriyaya keçdik. Artma şəhərində "Ömər Şişani”nin dəstəsinə qoşulduq. Silahlı birləşçmənin rəhbərliyi pasportlarımızı əlimizdən aldılar. 15 gün Suriyada qaldım. Həmin müddətdə "Muhacirun”a Azərbaycandan olan "Abu Yəhya” ləqəbli Nicat Aşurov və "Abu Muslim” ləqəbli şəxslər gəlib-gedirdilər”.
"Məqsədim yerli camaata kömək etmək, dağıntılar altında qalanları çıxarmaq idi”
A.Qəhrəmanov ifadəsində Suriyaya getməkdə məqsədinin yerli camaata kömək etmək, dağıntılar altında qalanları çıxarmaq olduğunu deyib. Lakin Suriayada baş verənləri gördükdən sonra fikrindən daşınıb. Suriyada hökumət qüvvələrinə qarşı döyüşlərdə iştirak etdiyini, meyitləri və yaralıları görüncə stress keçirdiyini, Artmada on gün qaldıqdan sonra isə Azərbaycana qayıtmaq qərarına gəldiyini bildirib:
"Bu haqda yalnız Zöhrab adlı şəxsə dedim. O isə bu barədə heç kimə danışmamağımı tapşırdı. Dedi ki, "Muhacirun” rəhbərliyinə ailəni də buraya gətirmək məqsədilə getmək istədiyini söylə. Mən də o cür dedim. Ona görə də, pasportumu özümə qaytardılar. Azərbaycana qayıtmaq üçün yolpulunu isə Suriyada yaşayan, tanımadığım bir azərbaycanlı verdi. Ondan aldığım 100 dolları da götürüb qaçaq yolla sərhədi keçdim. 24 mart 2013-cü ildə Azərbaycana qayıtdım”.
"Əqidə yoldaşlarımla cihadda iştirak etməyi düşünürdük”
Təqsirləndirilən şəxs qismində dindirilən dini ləqəbi "Abdulrəşid” olan Rəşadət Qasımov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində 17 ildən bəridir ki, İslam dininin əhli-sünnə vəl camaat təriqəti üzrə ibadət etdiyini, "Qaraçuxur” məscidinə gedib-gəldiyi vaxtlarda Afiq, Vüsal, Ramal, Süleyman, Səbuhi və Nazim adlı şəxslərlə tanış olduğunu, arabir məscidin yaxınlığındakı çayxanada dini mövzularla bağlı söhbətlər apardıqlarını göstərib. 2012-ci ilin payız aylarından etibarən Suriyada başlayan hadisələri əqidə yoldaşları ilə birgə mətbuatdan izlədiklərini deyib:
"Video materiallarda Bəşər Əsəd rejiminə xidmət edən əsgərlərin dinc əhaliyə işgəncə verərək öldürdüklərini gördükdən sonra həqiqətən də bu şəxsə qarşı aparılan hərbi əməliyyatların cihad olduğunu hesab etdim. Əqidə yoldaşlarımla Suriyaya gedərək cihadda iştirak etməyi düşünürdük. Bu söhbətlərdən sonra Ramal və Zöhrab döyüşmək üçün Suriyaya getdilər”.
"Suriya ordusuna qarşı döyüşməyin cihad olduğunu deyirdi”
R.Qasımov əqidə yoldaşlarının Suriyaya getdikdən sonra da onunla tez-tez əlaqə saxladıqlarını, onu Suriyaya dəvət etdiklərini, lakin getmədiyini göstərib: "Ramalla "Skype” vasitəsilə əlaqə saxlayırdıq. Ramal Suriya ordusuna qarşı döyüşməyin cihad olduğunu deyirdi, əqidə yoldaşlarımıza cihadda iştirak etməyi, döyüşməyi təklif edirdi. İki-üç dəfə Afiq Zöhrab və Şahinlə əlaqə saxlamasına şərait yaratmışdım. Ramil onlara hər bir müsəlmanın Suriyaya gələrək cihad edən qardaşlara köməklik göstərməyin vacib olduğunu deyirdi”.
"Abdulrəşid”in ifadəsinə görə, Afiq Qəhrəmanov döyüşmək üçün Suriyaya getmək istəsə də yol pulu tapa bilməyib. Hər dəfə ondan pul istədikdə isə "Abdulrəşid” ona pulu olmadığını, amma müsəlman qardaşlardan maddi yardım göstərmələrini xahiş edəcəyini deyib. Bu barədə "Qaraçuxur” məscidindən tanıdığı, cihadda iştirak edən müsəlmanların ailələrinə yardım edən Süleyman adlı şəxsə cihadda iştirak etmək üçün Suriyaya getməsinə köməklik göstərməsini xahiş edib:
"Süleymanın təxminən 40 yaşı olardı. Onun Suriyada döyüşən ailələrə hansı vəsait hesabına maddi köməklik etdiyini bilmirəm. Süleyman xahişimi yerə salmadı. Bu söhbətdən iki-üç gün sonra axşam namazından çıxarkən Afiqin Suriyaya getmək üçün yol pulu verə biləcəyini dedi. Ertəsi gün Süleymanla gprüşdükdə Afiqə 350 manat pul verdi. Bir aydan sonra Afiqin Suriyaya gedib qayıtdığını eşitdim”.
Məhkəmənin hökmü ilə R.Qasımov 11 il, A.Qəhrəmanov isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
Azərbaycan nefti kəskin ucuzlaşıb
Brazilyada dünyanı heyrətə salan hadisə: ölən əmisini banka gətirib adına kredit götürməyə çalışan qadın tutulub - FOTO
Sumqayıtda dəhşətli hadisə: oğul ata və anasını öldürüb
İSRAİL İRANI YENİDƏN VURUB: niyə İsfahan hədəf alınıb? - Açıqlamalar
Almaniyada şok olay: Rusiyaya casusluq ittihamı ilə iki nəfər həbs olunub - Kanslerdən açıqlama
"Beşiktaş" holland məşqçi ilə anlaşdı - İddia
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb