05-10-2017 [17:23]
Bu gün Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib.
Şuradan Mia.az-a verilən məlumata görə, toplantını açan Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.
Sonra gündəlik səsə qoyularaq qəbul edilib.
İclasda müzakirə edilən ilk məsələ Milli Məclisin bir qrup deputatının "Hürriyyət" qəzetinə qarşı şikayəti olub. Bildirilib ki, cavabdeh tərəf satirik təqdimatın yol verilən hədlərini aşıb. Bu isə haqlı narazılıq yaradıb. Hər bir kütləvi informasiya vasitəsi mövcud səpkili material təqdim edərkən diqqətli olmalı, onun ictimai rəydə doğuracağı reaksiyanı mütləq şəkildə hesablamalıdır. "Hürriyyət" qəzetinin isə bu məqama diqqətsiz yanaşdığını, müvafiq olaraq peşə prinsiplərini pozduğunu söyləmək üçün əsaslar var. Buna görə də komissiya qəzetə xəbərdarlıq edilməsi barədə rəyə gəlib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərovun "Rubrika.az", "Cumhuriyyet.az" və "Qlobal.az" saytlarına qarşı şikayəti ilə bağlı bildirilib ki, "Rubrika.az" saytında ADPU ilə bağlı yayımlanmış, "Cumhuriyyet.az" və "Qlobal.az" saytlarında faktiki olaraq təkrarlanmış materialda qarşı tərəfin mövqeyi öyrənilməyib, yalnış rəy yaradılıb. Buna görə də "Rubrika.az" saytına xəbərdarlıq edilib, "Cumhuriyyet.az" və "Qlobal.az" saytlarına isə istinad materialını təqdim edərkən diqqətli yanaşmaq, gələcəkdə belə yanlışlıqlara yol verməmək tövsiyə olunub.
İclasda müzakirə edilən növbəti məsələ Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin "Qanunxeber.az" saytına qarşı şikayəti olub. Şikayətçi tərəfin təmsilçisinin iştirak etdiyi toplantıda bildirilib ki, komissiya üzvlərinin cavabdeh kimi göstərilən saytla ilkin müzakirə cəhdləri uğursuz alınıb. Belə ki "Qanunxeber.az"da göstərilən telefon nömrələri fəaliyyətdə deyil, doğru ünvan da yoxdur. Bu isə kütləvi informasiya vasitəsi kimi nəzərdə tutulan qanuni fəaliyyətlə uyğunsuzluq təşkil edir. Məsələnin hüquqi müstəvidə mübahisələndirilməsi üçün əsaslar da var. Komissiya bütün bunları nəzərə alaraq "Qanunxeber.az" saytı ilə bağlı materialların Şuranın "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasında araşdırılmasına dair rəyə gəlib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının direktoru Mətanət Fərzəliyevanın "Obyektiv.org", "Azertaym.az", "Cumhuriyyet.az" saytlarına qarşı şikayətinin müzakirəsində bildirilib ki, cavabdeh tərəflərin dəqiqləşdirilməmiş bilgiləri qabartdıqları üçün yanlışlıqlarını etiraf etmələri vacib şərtdir. Komissiya bunu əsas götürüb, eyni zamanda sözügedən saytlara gələcəkdə belə hallara yol verməməyi tövsiyəsi edib.
"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadənin "Ulu zirvə", Sumqayıt şəhər sakini Cümşüdov Mahir Fehruz oğlunun "Dərələyəz" qəzetlərinə qarşı şikayətləri müzakirə edilərkən müraciət müəlliflərinin iddialarında doğru olmadıqlarına dair rəy çıxarılıb.
Nazir sabiq rəisə yeni vəzifə verdi
Sabiq direktorunun cinayət işi məhkəməyə göndərilib
Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR
Məhkəmə Ələsgər Məmmədliyə "yox!" dedi
"Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin..." - Prezidentin köməkçisi
Güclü külək əsəcək - Xəbərdarlıq
Hamlet faciəsi illər sonra səhnədə -FOTO
Mübariz və Mais Mənsimovlar məhkəməyə verildi
Bakıda və Abşeronda havada toz müşahidə olunur
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb