Şriftin ölçüsü / 153 dəfə oxunub

"MUZ TV Azərbaycan" peyk yayımına başlayır - Telekanaldan açıqlama

05 Oktyabr 2017 [16:28]
Azərbaycanın ilk musiqili internet televiziyası olan "MUZ TV Azərbaycan" peyk yayımına başlayır. 

Bu barədə Mia.az-a telekanalın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, telekanalla "Azərkosmos" arasında əldə olunmuş razılığa əsasən, kanal 6 oktyabr 2017-ci il tarixindən etibarən "Azerspace-1” peyki vasitəsilə 13975 V/11174,4 H  tezliyi ilə yayımlanacaq.

Qeyd edək ki, MUZ TV Azərbaycan 11 may 2012-ci il tarixindən yayıma başlayıb və musiqi mədəniyyətinin təbliği istiqamətində ixtisaslaşıb.


SON XƏBƏRLƏR