Şriftin ölçüsü / 246 dəfə oxunub

Aktrisa Pərvin Abıyevanın “Porsche”sinə həbs qoyuldu, cərimə meydançasına aparıldı

05 Oktyabr 2017 [12:40]
Aktrisa Pərvin Abıyevanın avtomobili cərimə meydançasına yerləşdirilib.

Mia.az "Report"a istinadən xəbər verir ki, 99 EP 333 dövlət qeydiyyat nişanlı "Porche" markalı avtomobil hərəkətdə olarkən üzərinə qoyulan həbslə bağlı Nəsimi rayonu ərazisində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən saxlanılıb. 

YPX əməkdaşları həmin avtomobili idarə edənin vətəndaş Pərvin Abıyevanın olduğunu müəyyən edib və ona avtomobilin cərimə meydançasına aparılmalı olması barədə xəbərdarlıq edib. Lakin aktrisa bu qərarla razılaşmayıb. 

Buna baxmayaraq, qanuna müvafiq olaraq avtomobil evakutor vasitəsilə cərimə meydançasına yerləşdirilib. Müəyyən edilib ki, "Porsche" markalı avtomobil siğortalanmayıb. Bundan əlavə, bir neçə məbləği ödənilməyən cərimənin olduğu aşkarlanıb.


SON XƏBƏRLƏR