Birinci xanımın qapalı həyatı: nə vaxt doğulduqları gizli saxlanılan 3 qız anası, musiqiçi, bahalı geyim... + FOTOLAR

img

02-10-2017 [21:31]


Şimali Koreya lideri Kim Çen İn dünyanın aparıcı ölkələrinin, o cümlədən BMT-nin sanksiyasına rəğmən, nüvə proqramlarını sınaqdan çıxarmaqla, istər-istəməz şəxsi həyatını da gündəmə gətirib.

Mia.az xarici mediaya istinadən xəbər verir ki, Kim Çen İn ata və babasından fərqli olaraq, həyat yoldaşını cəmi bir neçə rəsmi tədbirdə ölkə ictimaiyyətinin qarşısına çıxarıb.

İlk dəfə 2012-ci ildə Kim Çen İnin həyat yoldaşı kimi medianın önünə çıxan Ri Sol Çu kimdir?

Koraya yarımadasının digər dövlətii - Cənubi Koreya mətbuatı bildirir ki, Ri Sol Çu haqda çox məhdud məlumatlar var:

"Bilinən odur ki, Ri Sol Çu qapalı həyat tərzi yaşasa da, o, həddən artıq dəblə geyinməyi və bahalı çanta götürməyi çox sevir. Onun 28 yaşı var, 3 qız övladı var. Maraqlıdır ki, Ri Sol Çunun Kim Çen İnlə nə zaman evləndiyinin dəqiq tarixi bilinmədiyi kimi, onun sonuncu qız övladını da hansı ildə dünyaya gətirdyi cəmiyyətə bəlli deyil. Təsdiqlənməyən məlumata görə isə, kiçik qız övladı bu ilin fevral ayında doğulub".

Cənubi Koreya qaynaqlarının iddasına görə, Kim Çen İn hakimiyyətinin davamı üçün oğlan övladı arzulayır: "Yəqin bu səbəbdəndir ki, Ri Sol Çunun hamiləlik dövrü gizli saxlanıır, həmin dövr o, heç bir rəsmi və qeyri-rəsmi tədbirlərdə görünmür. Lakin dəqiq fakt odur ki, onun sonuncu övadı da qız doğulub. Kim Çen İn isə varisinin olması üçün oğlan övadı gözləyir".

Kim Çen İn həyat yoldaşı ilə harada və necə tanış olub?

Bəzi qaynaqlara görə, o, həyat yoldaşı ilə 2010-cu ildə konsertdə tanış olublar: "Ancaq Ri Sol Çunun keçmiş həyatı tamam ilə qapaıdır. Onun hansı şəhərdən və kimin övladı olması, bir sözlə, əsl-nəcabəti haqda heç nə geniş çevrəyə məlum deyil. Bilinən yeganə fakt isə odur ki, Ri Sol Çu Çində musiqi təhsili alıb...".

Mia.az













Mia.az




Digər xəbərlər
SON XƏBƏRLƏR