Bərzani İraqın baş nazirinə müraciət etdi: "Qapıları bağlamayın"

img

26-09-2017 [22:53]


İraq kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani İraqın baş naziri Heydər əl Abadini  "qapılar”ı  dialoq üçün bağlamamağa çağırıb.  

"RİA Novosti”nin verdiyi xəbərə görə, bunu M.Bərzani telemüraciətində bildirib.

"Mən əl-Abadini və bütün məsul şəxsləri dialoq və qarşılıqlı anlaşma üçün "qapılar”ı  bağlamamağa çağırıram”.

Kürd muxtariyyətinin rəhbəri qonşu dövlətlərə müraciət edərək, bölgənin regionda sabitlik və təhlükəsizlik faktoru olduğunu qeyd edib.

"Bizim Bağdadla siyasi fikir ayrılığımız ərəb qardaşlarımızla münasibətlərimizə təsir etməyəcək”, deyə Bərzani qeyd edib/APA. 

Digər xəbərlər
SON XƏBƏRLƏR