"İsrailin buna təkbaşına gücü yetməz, Bərzani bizlə görüşəndə deyirdi ki..." - Çavuşoğlundan mühüm açıqlamalar

img

26-09-2017 [21:45]


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 24 TV-də gündəmdəki məsələlərlə bağlı açıqlamalar verib.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, Çavuşoğlu Şimali İraqdakı referendum və onun yaratdığı gərginliklə bağlı da danışıb

"Biz sadəcə "etməyin, keçirməyin" deyib, keçmədik. Bu seçkinin özərinə necə təsir edəcəyini, nələrlə qarşı-qarşıya olacaqlarını ətrafı izah etdik. Onların bizə bir sözü vardı. Xüsusi ilə Bərzaninin. O deyirdi ki, "digər ölkələrin nə dediyi önəmli deyil, burada Türkiyənin nə deməsi vacibdir. Türkiyənin tövsiyələrini hər zaman diqqətə alacağıq". Amma gördük ki, dinləmədi. 

Oysa ki, biz ona "referenduma qarşıyıq, ancaq haqlarınızın yanındayıq" mesajını üz-üzə görüşəndə dəfələrə dedik. Belə görüşlərdə ona hansı qüvvənin necə hərəkət edəcəyini, hansı embarqolarla üzləşəcəklərini, İraqdakı mövqelərini necə itirəcəklərini, hətta həbs ehtimalına qədər hər şeyi izah etdik. 

Ancaq Bərzani bu addımı atmaqla, indi masada çox zəif duruma düşdü. Əgər o, seçkini ləğv etsəydi, əli güclənəcəkdi. Bərzanin tək dərdi öz liderliyini davam etdirməkdir. Çünki vilayətdə əvvəlki gücünü itirib deyə, qorxur. Ona görə vilayət məclisinin sədr seçkisini də iki ildir uzadıb. O, vəzifəsini qorumaq üçün kürdərin gəəcəyini təhükəyə atdı".

Çavuşoğlu deyib ki, Bərzaniyə qarşı mərhələli addımlarını atacaqlar: 

"Bundan sonra bizim tərəfmüqabilimiz onlar deyil, Bağdad olacaq. Bu saat muxtariyyətin təmsilçisi Türkiyədə olsaydı, dərhal buranı tərk etməsini tələb edərdik. Hazırda Ərbildədir. Ona daha buraya "gəlmə qardaşım" deyildi. Bizə qarşı yanlış hərəkət edən hər kəsə qarşı gərəkli tədbirlərimiz var".

Çavuşoğu deyib ki, İraqın razılığı olarsa, ərazi bütövlüyünü təmin etmək üçün hər cür dəstək veriləcək: 

"Əgər oradakı türkmən qardaşlarımıza təhdid olarsa, dərhal hərbi müdaxilə edərik. Bu məsələdə heç bir zaman tərəddüdümüz olmayıb, olmayacaq da".

İsrailin Bərzani hökumətinə dəstəyinə gəlincə, Çavuşoğu deyib ki, İsrailin təkbaşaına dəstəyi Bərzani və onun liderlik etdiyi muxtariyyəti uçrumdan xilas edə biməz.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR