Ərdoğandan etiraf və kəskin mesaj: "Bərzani haqda yanıldıq, indi görək İsrail bunları necə yeməklə təmin edəcək?"

img

26-09-2017 [20:17]


Türkiyə prezidenti Kürd Muxtariyyətinin dünən keçirdiyi referendumla bağı bu gün yenə sərt açıqlamalar verib.

Mia.az xəbər verir ki, türk lider vaxtı ilə Məsud Bərzaniyə göstərdikləri isti münasibətə toxunub və yanıldıqlarını etiraf edib: "Son ana qədər onun bu yanlışdan dönəcəyini düşündük. Onun kənar təsirlərə məruz qalaraq, belə bir düşüncəsiz hərəkət edəcəyini gözləmirdik. Ancaq oldu. Demək yanılmışıq. Bunun bir cavabı da olacaq".
  
Ərdoğan çıxışında muxtariyyətin lideri Bərzani ilə onu dəstəkləyən İsrailə də sərt mesajlar verib:

"Ərbilin neft xəttinin açarı bizim əlimizdədir. Onu bağlamağımız yetər ki, işləri bitsin. Hələ Habur sərhəd məntəqəsini bağlasaq, nə olacaq? Yeyəcək-içəcəkləri də bitəcək. Bundan sonra nə edəcəklər? Görək İsrail bunları necə yemək və digər qidalarla təmin edəcək? Havadanmı bunlara yemək daşıyacaqlar? 

Olmayacaq. Mümkün də deyil. İsrail bayraqları orada hansı amacla dalğalanır? Yaxşı, bunların müstəqilliyini dünya tanınmasa, nə olacaq? Axı, bu gün sizi qızışdırıb, meydana atanlar sabah qaçıb gedəcəklər. Onda nə olacaq?!".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR