Şriftin ölçüsü / 5121 dəfə oxunub

"Əgər məni işdən çıxarsalar..." - Rreferendumu dəstəkləyən İcra Hakimiyyətinin şöbə müdirindən şok açıqlamalar

26 Sentyabr 2017 [15:25]

"Kürdlər referendum keçirdilər. Bunun nəyi pisdir? Xalq "hə” desəydi də, "Yox” desəydi də, münasibətim elə olacaqdı. Çünki bu silah gücünə olmadı. Demokratik sivil yolla olan hər bir seçkini dəstəkləyirəm. Bunu alqışlamaq lazımdır".

Mia.az xəbər verir ki, bu fikirləri unikal.org-a açıqlamasında Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanrıverdiyev deyib.

O bildirib ki, hansısa fikirlərinə ona təzyiq olunması yanlışdır: "Bütün dünyanın danışdığını mən Azərbaycanda danışıramsa, niyə mənə belə təzyiq olmalıdır?!

Mən nəyəsə görə kürdlüyümü, soyumu, kökümü inkar etməliyəm? Mən qorxmadan, çəkinmədən Kürdüstanın bayrağını belə qaldıraram başımın üstünə. Bu bayraq mənim fəxrimdir. Necə ki, mən Azərbaycanı sevirəm, Azərbaycanın bayrağını dalğalandırır, vətən üçün ölümə gedirəmsə, bir kürd üçün də gedərəm. Dünyanın bu başından o başına kimi yaşayan kürdlərin uğuru uğrumdu, kədəri kədərim. Necə Azərbaycanı sevirəmsə, kürd kimi də kürdlüyümü sevirəm. Hansı dövlət orqanı mənim mövqeyimi araşdırmaq üçün çağırsa, gedəcəm. Kimin nəyinə lazımdır mənim mövqeyim?! Azəbaycanının daxili işi olmayan məsələdə kimsə məni niyə günahlandırmalıdır?".

Mövqeyinə görə vəzifədən kənarlaşdırılma ehtimalına gəlincə, F.Tanrıverdiyev "Sağ olsun dövlətimiz, sağ olsun rəhbərimiz. Bizə ehtimad göstərib, işləyirik. 5 manat qazanıb balamıza aparırıq. Əgər etimadı doğrultmadımsa, o başqa məsələ. Heç nə deyə bilmərəm. Əgər çıxışmla bağlı məni işdən çıxarsalar, qərar verəcəm. Əgər məni çıxışıma, mövqeyimə görə çıxarsalar, əhsən deyərəm. Fəxr edərəm ki, kürdlüyümə görə məni işdən çıxardılar. Gedərəm pasportu da, hərbi biletimi də yandıraram. Xidmətdə olduğum fəxri fərmanları da yandıraram, ölkəni tərk edərəm" - deyib. 



SON XƏBƏRLƏR