İraq Kürdüstanında səsvermə başa çatdı – Sabah axşam nəticələr açıqlanacaq

img

25-09-2017 [22:18]


İraq Kürdüstanında müstəqillik referendumu ilə əlaqədar səsvermə başa çatıb.

Bu barədə "Sky News Arabia” telekanalı xəbər verib. Səsvermədə iştirak etmək üçün 5,2 milyon seçici qeydiyyatdan keçib. Referendumun rəsmi nəticələrinin sentyabrın 26-ı, axşam saatlarında məlum olacağı bildirilib

 İraq Kürdüstanın baş naziri Nəçirvan Bərzani muxtariyyət rəhbərliyinin referendumdan dərhal sonra müstəqillik elan etmək niyyətində olmadığını bildirib. O həmçinin İraqın mərkəzi hökuməti və qonşu ölkələrlə dialoqa hazır olduğunu bəyan edib.

 Qeyd edək ki, bü gün İraqın şimalındakı Kürd Muxtariyyətinin ərazisində müstəqillik referendumu keçirilib. İraq hökuməti referendumun qanunsuz olduğunu bəyan edib. ABŞ, Almaniya, Fransa və BMT nümayəndələri M. Bərzani ilə görüşərək referendumun təxirə salınmasını istəsələr də, bu, mümkün olmayıb/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı