Kərkükdə gərginik şiddətlənir: türkmənlər seçkiyə getmədi, peşmərgə isə... - Ankaradan hücum xəbərdarlığı

img

25-09-2017 [20:27]


İraq Kürd Muxtariyyətinin bu gün keçirdiyi referendum seçkisində mübahisəli ərazi olan Kərkükdə yaşayan türkmənlər iştirak etməyib.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bərzani Kərkükdə səhərdən fövqəladə vəziyyət elan etdiyindən insanların küçələrə kütləvi çıxması qadağan edilib. Lakin buna baxmayaraq, səsverməyə getmək istəyənlərə "yaşıl işıq" yandırılsa da, türkmənlər bir nəfər kimi seçkini boykot ediblər: "Türkmənlərin sıx yaşadığı ərazilərdəki seçki qutuları boş qalıb".

İraq Türkmən Cəhbəsindən verilən açıqlamaya görə, Kərkükdə müvəqqəti yaşayan qaçqınlar bəzi məntəqələrdə türkmənlərin adıyla səsvermə gətirilib: "Onları bir neçə məntəqədə saxta səsverməyə məcbur ediblər. Lakin bir türkmən belə, bu qanunsuz seçkidə iştirak etməyib".

Məlumata görə, Kərkükün kürdlər yaşayan bölgəsində isə bayram havası var: "Kürdlər isə seçkiyə görə sevinclidir. Bayram əhvalında olan peşmərgənin silahlı qrupları Kərkükün türkmənlər yaşayan küçələrindən keçərkən havaya atəşlər etməkə gərginliyi daha da artırırlar. Şəhərdə hər an qanlı toqquşmalar baş verə bilər".

Məlumata görə, bu gün Kərkükdə bilinməyən hansısa qrupun atəşi nəticəsind bir peşmərgənin öldürülməsi, 2-nin isə yaralanması gərginliyi daha da qızışdırıb.

Türkiyənin xarici işər naziri Mövlud Çavuşoğlu isə  Kərkükdə yaşanan gərginliyə diqqəti çəkərək, "Əgər türkmənlərə qarşı hər hansı bir hücum olarsa, Türkiyə heç düşünmədən dərhal hərbi əməliyyata başlayacaq" - deyə, kəskin xəbərdarlıq edib.

Onu da qeyd edək ki, İraq parlamenti bu gün Kərküklə bağlı qərar qəbul edib. Qərara əsasən, Kərkükə hərbi birliklər göndəriləcək, şəhərdəki neft quyuları təslim alınacaq, kürd məmurlar isə vəzifələrindən çıxarılacaq.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR