Güzəştli mənzillə bağlı dəyişiklik - Fərman verildi

img

25-09-2017 [19:00]


Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 858 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fƏrman imzalayıb.

Mia.az xəbər verir ki, fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Güzəştli mənzil” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 may tarixli 1418 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

"Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 858 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 663, № 11, maddə 1820; 2017, № 5, maddə 820) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.0.6-1-ci yarımbənd əlavə edilsin:

"3.0.6-1. "Güzəştli mənzil” sisteminin fəaliyyətinin təşkilini və inkişafını təmin edir;”.

2. Həmin Fərmanla təsdiq edilmiş "MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 2.2.3-1-ci yarımbənd əlavə edilsin:

"2.2.3-1. "Güzəştli mənzil” sisteminin fəaliyyətini təmin edir”.



Digər xəbərlər
SON XƏBƏRLƏR