Rusiya İstintaq Komitəsindən Krasnodarda adamyeyən ər-arvad barədə - Açıqlama

img

25-09-2017 [17:24]


Rusiya İstintaq Komitəsinin Krasnodar əyaləti üzrə İstintaq İdarəsi adamyeyən ər-arvadla bağlı məlumat yayıb.
 
Məlumatda Krasnodarda yerləşən aviasiya məktəbinin yataqxanasında yaşayan, çoxsaylı qətldə şübhəli bilinən ər-arvadın saxlanıldığı bildirilir.
 
Məlumatda deyilir ki, sentyabrın 8-də Krasnodarın 35 yaşlı sakini arvadı ilə birgə əyalətin mərkəzi Kubanın Qastello küçəsində bir qadınla tanış olub.
 
Birlikdə spirtli içki qəbul edən yeni tanışlar arasında mübahisə düşüb. Nəticədə kişi həmin qadını öldürüb. Daha sonra qadının cəsədini hissələrə bölərək bir hissəsini həmin yerdə qoyub, bir hissəsini isə özü ilə aparıb.
 
Qeyd olunub ki, qətldən sonra kişi cəsədin hissələri ilə şəkil çəkdirib.
 
İstintaq çərçivəsində ər-arvadın yaşadığı yerdə axtarış aparılan zaman müstəntiqlər tərəfindən insan qalıqlarının duzlu məhlula qoyulması faktı aşkarlanıb. Bundan başqa, mətbəxdə mənşəyi məlum olmayan qida qalıqları və dondurulmuş ət aşkarlanıb.
 
Həmin əraziyə yaxın yerləşən zirzəmidə də insan qalıqları tapılıb.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR