"Şirkətlə nazirlik arasında problem yoxdur" - Vergilər Nazirliyindən “AAAF Park” açıqlaması

img

25-09-2017 [14:20]


"Vergilər Nazirliyi "AAAF Park” Yaşayış Kompleksində yoxlamalar aparmayıb”.

Mia.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib.

Rəsmi məlumatda qeyd edilib ki, hazırda sözügedən şirkətlə nazirlik arasında hər hansı problem, məhkəmə çəkişməsi yoxdur.

Qeyd edək ki, sentyabrın 22-də "AAAF Park”da prokurorluq və vergi əməkdaşlarını yoxlamalar apardığına dair məlumatlar yayılmışdı. İddialarda şirkətin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərovunhəbs edildiyi bildirilirdi. 

Əvvəlcə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Modern.az-a iş adamının həbs olunmasını təkzib etdi. 

Daha sonra şirkətin hüquqşünası Səbuhi Axundov təsisçi Tofiq Heydərovun Kosovoda olduğunu və Ağır Atletika Federasiyasının nümayəndə heyətinin tərkibində yarışda iştirak etdiyini açıqladı.

T.Heydərov ölkədə olmadığı üçün özünün Facebook hesabından vətəndaşlara müraciət etdi.

İş adamı "AAAF Park” Yaşayış Kompleksinin qarşılaşdığı problemlər, onların həll prosesi, bank, girov, vergi və digər məsələlər haqda ətraflı danışıb. Təsisçi hər şeyə rəğmən təzyiqlərə təslim olmayacağını, yolundan dönməyərək işini davam etdirəcəyini qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq