25-09-2017 [14:17]
Ucar rayonu Qazyan kənd sakini, sahibkar Əhmədov Fərzalı Əhməd oğlu redaksiyamıza müraciət edərək, sabiq nəqliyyat naziri Ziya Məmmədovun ona 40 (qırx) min manat borcunun olduğunu bildirib.
Şikayətçi sabiq nazirin borcu vermədiyini və öyrədilmiş adamları vasitəsilə onu döydürdüyünü söyləyib. Sahibkar Z.Məmmədovun ona olan borcundan 60 min manatı ödədiyini, qalanından isə imtina etdiyini qeyd edib:
"Ziya Məmmədov fermamı saxtakarlıq yolu ilə aldadıb ələ keçirib. Bu azmış kimi 40.000 manat borclu qaldığı pulu verməmək üçün məni öyrədilmiş adamlar vasitəsi ilə döydürdü. Ucar rayonunun Qazyan kəndində yaşayıram. Kənddə sovet dövründən qalma fermanı özəlləşdirib almışdım. Burada 150 baş iri buynuzlu mal-qara və 600 baş qoyun saxlayırdım.
2014-cü il tarixdə Ziya Məmmədov adamlarını göndərdi ki, fermanı mənə satmalısan. Mən razı olmadım. Ancaq həmin vaxt Ucarın icra başçsı Yaşar Məmmədov (Ziya Məmmədovun qohumu hazırda Qubanın icra başçısı) və mənimlə eyni kənddə yaşayan icra başçısının müavini Vaqif Mehdiyev (hazırda da həmin vəzifədə işləyir) mənə çox hədə-qorxu gəldilər ki, sən bu fermanı Ziya Məmmədova satmalısan, əks təqdirdə əlindən alınacaq, sənə də pul verilməyəcək. Hətta icra başçısının müavini Vaqif Mehdiyev mənə dedi ki, 150.000 manata satsan, onun 10.000 manatı mənimdir. Həmin vaxt Ziya Məmmədov Ucar rayonunun "ağası” hesab olunurdu. Buna görə qorxub razılaşdım. Ziya Məmmədovla ilk dəfə 150.000 manata razılaşsaq da, sənədləşdirmə vaxtı mənə dedilər ki, sənə 100.000 manat pul veriləcək, özün də fermada müdir işləyərsən. Sənədləşdirmə zamanı mənə cəmi 20.000 manat pul verdilər, fermada da müdir işləyəsi olmadım. Sonra isə 2000-3000 olmaqla hissə-hissə pulumu verdilər. 40.000 manat borclu qaldılar. Fermanın əhatəsində olan torpaqları da saxtakarlıqla ələ keçirdilər. Hətta Qazyan bələdiyyəsindən 15 illik icarə ilə əlavə götürdüyüm 10 hektar torpaqdan da mənə zorla imtina etdirdilər, onu da aldılar. "40.000 manat pulu verəcəyik" deyə-deyə məni süründürməçiliyə məruz qoyublar. Ferma və 100 hektardan çox torpaq sahələri Ziya Məmmədovun Emin Eminov adlı qohumunun adına sənədləşdirilib”.
F.Əhmədov döyülməsi ilə bağlı şikayət etdiyini də bildirdi:
"Döyülməyim barədə Ucar rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etdim. Xəsarət almışam, hazırda da özümü pis hiss edirəm. 65 yaşım var, mən heç vaxt belə alçaqlıqla üzləşməmişdim. Deyirdilər ki, Ziya Məmmədov və onun qohumları əclaf adamlardı, bunun əyani şahidi oldum. Həm fiziki cəhətdən, həm də mənəvi cəhətdən çox əziyyət çəkirəm ki, belə bir vicdansızlıqla, alçaqlıqla üzləşmişəm. Mənim halal əmlakım olan fermamı əlimdən saxtakarlıqla alan Ziya Məmmədovun qardaşı oğlu, Baş Prokurorluğun əməkdaşı Namiq Məmmədov Ucar rayon Polis Şöbəsində aparılan araşdırmaya təzyiq göstərir deyə heç bir tədbir görülmür. Onu da qeyd edim ki, baş prokurorluğun əməkdaşı Namiq Məmmədov əmisi Ziya Məmmədova məxsus Ucar rayonunda yerləşən bütün obyektlərinə birbaşa özü nəzarət edir. O tez-tez həmin fermaya gəlir. Ziya Məmmədov mənim fermamı ələ keçirdikdən sonra Qazyan kənd camaatının əkin sahələrinə gedən yolu bağlayıb, suvarma kanalına böyük bir boru atdırıb, sakinləri yol və su üzünə həsrət qoyub. Kəndin əkin torpaqları susuzluqdan yanıb məhv olur, yolsuzluqdan camaat əkin sahələrinə gedə bilmir. Kənddə olan meşə zolağını da zəbt edib, orada da mal otarırlar. Kənd sakinləri məni ittiham edirlər ki, belə bir vicdansızları sən kəndə gətirib bizim başımıza bəla etdin. Ziya Məmmədov özü şəxsən bir-neçə dəfə fermaya gəlib baxıb. Qeyd edim ki, yaşadığım Qazyan kəndi ilə Ziya Məmmədovun doğulduğu Qazqumlaq kəndinin arasında 25 km yol məsafəsi var. Mən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevdən və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevadan çox-çox xahiş edirəm mənə kömək edin.
Qoçuluq, reketlik, özbaşınalıq edib fermamı əlimdən saxtakarlıqla alıb 40.000 manat pul borcunu verməyən və məni döydürüb xəsarət yetirən sabiq nəqliyyat naziri Ziya Məmmədovun barəsində ciddi tədbirlər görəsiniz. Həmçinin Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralovdan xahiş edirəm ki, Namiq Məmmədovun əməllərini araşdırıb onun barəsində ciddi ölçü götürəsiniz. Mən dövlətimizi sevən zəhmətkeş, halal insanam. Ziya Məmmədov və onun qardaşı oğlu Namiq Məmmədov isə dövləti və qanunları öz maraqlarına qurban verən verirlər. Xahiş edirəm mənə kömək edəsiniz”.
Redaksiyadan: Ziya Məmmədov və ya onun səlahiyyətli nümayəndəsi "qarşı tərəf" hüququndan istifadə edərək ittihamlara cavab verə bilərlər.
Musavat.com
Netanyahu Baydenlə telefonda danışdı - 45 dəqiqəlik müzakirə olub
Türkiyədə daha bir klub rəhbəri istefa verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BMT: "Qəzzaya yardım üçün quru nəqliyyatına alternativ yoxdur"
Ərdoğan Putinə zəng edib: "Vasitəçiliyə hazırıq"
Şərqşünaslıq İnstitutunda seminarda Atatürk dövründə İran-Türkiyə münasibətlərindən bəhs edilib - FOTOLAR
Ramazanın 9-cü günü: imsak və iftar vaxtları
Rumıniyada NATO nəhəng hərbi bazası yerləşdiriləcək
İsrail hərbçiləri jurnalistləri döyüb, daha sonra isə...
Sərhəddə buraxılış məntəqələrinin sayı artırılıb
DSMF-nin sabiq vəzifəli şəxsləri hakim qarşısına çıxarılır
Qarabağ zonasında daha 1394.5 hektar ərazi minalardan təmizlənib
"Qarabağ"ın 8 futbolçusu milli komandaların heyətinə çağırılıb
"ENERGAZER" MMC haqqındakı iddialarla bağlı açıqlama yaydı... - 682 minlik tenderlə bağlı məlumatlar təkzib olunur
NATO Baş katibinə Bakıda hansı cavab verilib?- TƏHLİL
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Aktrisa ayı 270 min olan villanı kirayəyə götürüb - FOTOLAR
YAP İdarə Heyətinin iclası keçirilib - Açıqlama
Aprelin 14-də dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
Britaniya kralı III Çarlz vəfat edib?
Məclisə qəzet təsis etmək hüququ verilib
Prezident Xankəndidə: İlham Əliyev Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib (FOTOLAR)
İlham Əliyev Azərbaycan xalqını təbrik edib - MƏTN
Müğənni Ruhi Əliyeva Qənirə Paşayevanın yerinə deputat olacaq? - Maraqlı video yayıldı
İordan çayının qərb sahilində daha 10 fələstinli saxlanılıb
İsrail-Livan sərhəd xəttində toqquşma davam edir - Tərəflər bir-birlərinə raket zərbələri endirir
İsrailin Qəzzadakı savaşının 164-cü günü: ölənlərin sayı artıb
Azərbaycanla Şanxay Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb
Əvəz Zeynallı apellyasiya şikayəti verib
NATO-nun Baş katibi Bakıdan belə yola salındı - FOTOLAR
Böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri açıqlanıb - Kimlər qalib oldu? (SİYAHI)
Sabahın hava proqnozu açıqlanıb
Dövlət İmtahan Mərkəzinin adından saxta səhifə və qruplar yaradılıb
Avstriyada “Bir olaq, həmrəy olaq” adlı tədbir keçirilib - FOTOLAR
HADI və BIDININ nağılı
"Neftçi" "Spartak"la Bakıda yoldaşlıq oyunu keçirəcək
YAP Gənclər təşkilatının keçmiş sədr müavini şikayət verib
Dövlət Xidmətində yeni təyinat olub
Meyxanaçı Namiq Mənanın oğlu xəstəxanaya yerləşdirilib
Hikmət Hacıyev Çinə gedib - Prezidentin köməkçisi Pekində Pakistan səfiri ilə görüşüb (FOTO)