Bərzanidən Ankaraya: "Referendum əsla sabah Kürdüstanın elan ediləcəyi anlamına gəlmir" - Yıldırımdan "görəcəksiz" cavabı gəldi

img

25-09-2017 [13:49]


Xəbər verdiyimiz kimi, İraq Kürd Bölgə Muxtariyyəti rəsmi Bağdad və dünyanın önəmli ölkələrinin etirazlarına baxmayaraq, bu gün müstəqilliklə bağlı referendumu keçirir.

Mia.az xarici mediaya istinadən xəbər verir ki, saat 09.32-də müxtariyyətin rəhbəri Məsud Bərzani Səlahəddin rayonunda səs verib.

Bakı vaxtı ilə saat 12.40-da isə muxtar vilayətin baş naziri Nəçirvan Barzani səsvermədə iştirak edib. 

O, səsvermə zamanı rəsmi Ankaraya da mesaj göndərib: "Türkiyənin bizi anlamasını gözləyirik. Referendum əsla sabah, yəni sentyabrın 26-da Kürdüstan dövlətini elan edəcəyimiz anlamına gəlmir".

Türkiyə baş naziri Binəli Yıldırım isə az əvvəl canlı yayımda referendumla bağlı belə açıqlama verib: "Biz savaşa girmirik, tədbir alırıq".

Binəli Yıldırım bu günə qədər sərhəd və neft boru xətləri ilə bağlı Bərzani hökuməti ilə qurduqları işbirliyini dayandıracaqlarını deyib: "Bundan sonra bizim tərəfmüqabilimiz İraq Mərkəzi Hökuməti olacaq. Bilirsiniz ki, hazırda Şimali İraqla sərhədimizdə böyük hərbi təlim keçiririk. 

Məlumat üçün deyim ki, həmin təlimə İraq ordusu da qoşulacaq. Birgə hərbi təlimimiz olacaq. 

Bundan başqa, İranla referendumla bağlı müzakirəmiz davam edir. Baş qərargah rəisimiz, sonra isə prezident Ərdoğan Tehrana səfər edib, detalları müzakirə edəcəklər.

Görünür, Bərzaninin nüfuz problemi var, bir parlamenti toplaya bilmir. O, bu seçki ilə itmiş nüfuzundan diqqəti yayındırmaq istəyir. Xəbərdarlıq etdik, dedik ki, bu seçkinin əvəzi olacaq. Tədbirlərimizi bütün sahələr üzrə alırıq. Çox dərinə getmək istəmirəm, amma nələrin baş verəcəyini görəcəksiz".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq